Emajogi (est. Emajõgi, alm. Embach[1], rus. Омо́вжа; latış. Mētra) — Estoniyada çay. Narva çay hövzəsinə daxildir. Eston dilində Emojogi sözü Ana-çay mənasını verir. Çayın aşağı axaraları gəmiçilik üçün yararlıdır. Çayın sahilində Tartu şəhəri yerləşir.
Emajogi | |
---|---|
est. Emajõgi | |
Ölkə | Estoniya |
Mənbəyi | Vırtsyavr gölü |
Uzunluğu | 99,3 km |
Su sərfi | 70,1 m³/san |
Su hövzəsi | Çud gölü, Baltik dənizi |
Hövzəsinin sahəsi | 9628,1 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çayın uzunluğu — 99,3 km, hövzəsinin sahəsi— 9628,1 km²-dir[2]. Mənsəbində orta su sərfi 70,1 m³/saniyədir.
Emajogi çayı öz mənbəyini Vırtsyarv gölündən götürür. Pyoxayarv gölündən Vırtsyarv gölünə kimi olan 82 km-lik hissə Kiçik Emajogi (Väike Emajõgi) adlanır. Çayın aşağı axarları (101 km) — Böyük Emajogi adlanır. Çay dekabr-mart aylarında donur. Tartu şəhərindən mənsəbə qədər gəmişilik üçün yararlıdır.
1030-cu ildə Emayıqi çayının sahilində Yaroslav Mudrının dəstəsi Yuriyev şəhərinin (indiki Tartu) əsasını qoymuşdur.
1234-cü ildə Omovje döyüşündə Novqorod-Vladimir ordusunun başında knyaz Yaroslav Vsevolodoviç Livonyalı Qılıç Qardaşları ordeninin qoşunlarını məğlub etdir[3].
1341-ci ildə Livoniyalı Almanlar Lotiqolda Pskov səfirlərini öldürdükdən sonra Pskov qoşunun komandanı İlya Borisoviç nə Novqoroddan, nə də Olqerdadan kömək gözləmədən pskovlılarla birlikdə Emayıqi çayının hər iki sahilindəki alman yaşayış məntəqələrini darmadağın etdi.
1472-ci ildə Pravoslav keçişi İsidor çayda 72 nəfərlə birlikdə boğuldu.
3 may 1704-cü ildə Emayıqi çayının ağzındakı general-mayor fon Verdenin komandanlığı altında rusiyalı karbasların dəstəsi Karl Lyoşernin komandanlığı altında olan İsveç göl flotiliyasına hücum etdi. Döyüşdə 13 isveç gəmisi tutuldu, biri partladıldı və biri qaçmağı bacardı. Tutulan gəmilərdən 86 silah və 138 əsir götürüldü[4].
Tartu şəhərindəki çay sahilində “Tartunun yüz mininci sakini” (heykəltaraş Mare Mikoff, 1977) heykəltaraşlıq kompozisiyası quraşdırılmışdır.