Təzahür Qazax rayonu ərazisində yerləşir. Təzahür sahəsində əsas ən üst santon yaşlı turş tərkibli vulkanoklastik süxurlar yayılmışdır. Bu süxurlar qeyri-uyğun olaraq kompan yaşlı pelitomorf əhəngdaşları ilə örtülür. Əhəngdaşları ilə piroklastik süxurların təmas boyu qalınlığı 0,5 m.-d ən 2-3 m.- ə q ə d ər bentonit gili təbəqəsi qeyd olunur. Bu təzahür və ümumiyyətlə, Qızılqaya sahəsində aşkar olunmuş manqan daşıyan zonalar 1994-1998 ci illərdə Z. Q. Quliyev tərəfindən öyrənilmişdir. Bu sahədə aşkar olunmuş təzahürlər içərisində az-çox perspektivli birinci zonadır. Bu zona dağ qazmaları ilə yer səthində açılaraq sınaqlaşdırılmışdır. Dərinliyə isə iki buruq quyusu ilə öyrənilmişdir[1].
Təzahürdə P1 kateqoriyası üzrə manqanın miqdarı 210,3 min. ton, dəmirin miqdarı isə 576,4 min. ton, miqdarında proqnoz resusları hesablanmışdır[1].