Daşkörpü — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda bəldə.
Daşkörpü | |
---|---|
40°40′36″ şm. e. 29°23′28″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 20 ± 1 m |
Saat qurşağı | |
Daşkörpü 1902-ci ildə Bolqarıstanın Aytos şəhərindən olan 15 təsərrüfatdan ibarət ailə tərəfindən yaradılmışdır. Gələnlər əvvəlcə hava limanının yerləşdiyi ərazinin kənarında məskunlaşmışdır, lakin müəyyən müddətdən sonra malyariya səbəbilə meşəlik olduğu və mal-qaranın keçə biləcəyi otlaq sahələri olduğu üçün iqamətgahlarını indiki əraziyə köçürmüşdülər. Daşkörpü daha sonra ətrafdan gələn insanların məskunlaşması ilə genişlənərək əvvəlcə Kocaelinin Qaramürsəl rayonuna, sonra da Yalovaya birləşdirilmişdir.[1] Kənd 2 noyabr 1991-ci ildə bələdiyyə statusu alaraq bəldəyə çevrilmişdir.[2]