Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu (özb. Тошкент тўқимачилик ва енгил саноат институти) — Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki dövlət ali təhsil müəssisəsi.[2]
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu | |
---|---|
41°17′02″ şm. e. 69°14′43″ ş. u.HGYO | |
Əsası qoyulub | 1932-ci il |
Yenidən təşkil olunub | 1962-ci il |
Tələbə sayı | 3700 |
Bakalavr sayı | 3506 |
Magistrant sayı | 194 |
Müəllim sayı | 365 |
Ölkə | |
Sayt | titli.uz/index.php?action_skin_change=yes&skin_name=ru_ru |
Daşkənd Tekstil İnstitutunun əsası 1932-ci ildə qoyulmuşdur. İlk illərdə institutda iki fakültə: "Pambığın ilkin emalı" və "Mexanika texnologiyası" var idi. Tələbələr 4 ixtisas : pambığın ilkin emalı, toxuculuq, iplik və ipək texnologiyası üzrə məzun olurdular. 1932-33-cü illər ilk tədris ilində institutda 125 tələbə təhsil alıb.
1935-ci ildə institutun dördmərtəbəli binası istifadəyə verildi (bu gün 2-ci tədris binasıdır). O dövrdə institutda 6 istehsalat, 5 tədris laboratoriyası, 5 sinif otağı, idman zalı, kitabxana var idi. 1947-ci ildə institut qiyabi proqramlar üzrə tədrisə başladı; 1955-ci ildə - Mühəndis-iqtisadiyyatı sahəsi üzrə iqtisadi təhsil verməyə başladı. 1958-ci ildə institutda axşam təhsili fakültəsi açıldı.
1960-cı illərdə institutda 8 istehsalat, 10 tədris laboratoriyası, 13 tədris otağı var idi. 1962-ci ildə institutun 30 illiyi ərəfəsində tələbə sayı 4000-ə (1932-ci ilə nisbətən 32 dəfə çox) çatdı. Professor və müəllimlərin sayı təxminən 200 nəfərə çatmışdı. Elə həmin il bir sıra yeni ixtisasların açılması ilə əlaqədar olaraq institutin adı dəyişilərək Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu oldu.
Yeni fakultələr : 1966-cı ildə - "Yüngül sənaye texnologiyası", 1967-ci ildə - "Kimya texnologiyası", 1980-ci ildə - "Mexanika" açıldı. Bu dövrdə üç bina tikildi: 1973-cü ildə yeni altı mərtəbəli bir bina (indiki 1-ci tədris korpusu), sonra isə ilkin pambıq emalı fakültəsinin ilk binası istifadəyə verildi.
1932-2012-ci illərdə institut sənaye üçün təxminən 50 min mütəxəssis yetişdirdi. Bunların arasında Kuba, Monqolustan, Əfqanıstan, Almaniya, Peru, Vyetnam, Laos və bir sıra Afrika ölkələrindən bu instituda təhsil almağa gələn təxminən 800 xarici tələbə var idi. Bu dövrdə fakültə sayı 2-dən 6-ya yüksəldi. Bölmə sayı 4-dən 38-ə qədər dəyişdi. 1980-ci illərdə institut 13 ixtisas üzrə mütəxəssislər hazırlayırdı. Tələbələr üçün özbək dilində onlarla dərslik, yüzlərlə dərs vəsaiti, təlimat və tövsiyələr hazırlandı.
2019-cu ildən etibarən institut qeyd olunan sahələr: maşınqayırma, trikotaj, toxuculuq, iplik, tikiş və ayaqqabı istehsalı, pambıq təmizlənməsi; həm də ipək sənayesi, kimya, poliqrafiya və kağız sənayesi üzrə tekstil və yüngül sənaye üçün bakalavr, magistr, doktorant və elmlər doktoru hazırlayır.
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu 4 əsas fakültədən ibarətdir: