Daşkənd zooparkı

Daşkənd zooparkı (özb. Toshkent hayvonot bogʻi; rus. Ташкентский зоопарк) – Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən zoopark.

Daşkənd zooparkı
Zooparkın girişi.
Açılma tarixi1924
YerDaşkənd, Özbəkistan Özbəkistan
Sahəsi21,5 ha
Heyvanların sayı3000+
Növlərin sayı385
Üzv olduğu qurumlarBeynəlxalq Avro-Asiya Regional Zooparklar və Akvariumlar Assosiasiyası (BAARZA)
Sayttashkentzoo.uz

Zoopark 1924-cü ildə Özbəkistan Milli Universitetinin zooloqlarının təşəbbüsü ilə açılmışdır və cəmi 3 ha sahəyə malik idi. 1940-cı illərin sonlarında artıq zooparkda 200-ə qədər heyvan növü saxlanılırdı. 1992-ci ildə zooparkın sahəsi 10,7 ha, burada saxlanılan heyvan növlərinin sayı 270-dən çox idi. 1994-cü ildə Özbəkistan Respublikası Nazilər Kabinətinin verdiyi qərarla zooparkın dünya standartlarına uyğunlaşdırılması qərarlaşdırılmışdır. 1997-ci ildə zooparkın sahəsi 21,5 ha olmuşdur.[1]

1998-ci ildən zoopark Beynəlxalq Avro-Asiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür.[1]

Zooparkın sahəsi 21,5 ha təşkil edir. Burada 385 növdən 3000-dən çox heyvan saxlanılır.

Zooparkın sxemi

Rəqəmlərə uyğundur:

1 — Çıxış
2 — İdarə binası
3 — Gənc təbiətşünaslar
4 — Akvarium
5 — Terrarium
6 — Alliqatorlar
7 — Meymunlar
8 — Tutuquşular
9 — İtkimilər
10 — Kiçik pişikkimilər
11 — Kiçik məməlilər
12 — Барсы
13 — Yaquarlar
14 — Pələnglər
15 — Şirlər
16 — Ayılar
17 — Quşlar
18 — Begemotlar
19 — Kenqurular
20 — Antiloplar
21 — Keçilər
22 — Marallar
23 — Ceyranlar
24 — Zebralar
25 — Fillər
26 — Dəvələr
27 — Lamalar
28 — Təkdırnaqlılar
29 — Yaşıllıq
30 — Qış quşları
31 — Tropika florası
32 — Su hövzəsi
33 — Kafe
34 — Attraksion
35 — Şəlalə
36 — Kafe
37 — Su quşları
38 — Meymunlar
39 — Yırtıcı quşlar
40 — Qırqovullar
41 — Yırtıcı quşlar
42 — Dəvəquşular
43 — Cücülər
  1. 1 2 "ТАШКЕНТСКИЙ ЗООПАРК". ТАШКЕНТСКИЙ ЗООПАРК (rusca). 2017-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]