Daşqın Məzi oğlu Şikarov (29 yanvar 1973, Şamaxı) — Azərbaycan Respublikasının dövlət xadimi və diplomatı, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli Səfiri. 2010–2011-ci illərdə Azərbaycan Respublikasının Pakistanda müvəqqəti işlər vəkili, 2011–2015-ci illərdə Azərbaycan Respublikasının Pakistanda Fövqəladə və Səlahiyyətli Səfiri, 2012–2015-ci illərdə isə Əfqanıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrini icra etmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilmişdir. Bir çox elmi-publisistik məqalələrin və əsərlərin müəllifidir.
Daşqın Şikarov | |
---|---|
Daşqın Məzi oğlu Şikarov | |
12 yanvar 2016 – 19 mart 2019 | |
Sonrakı | Mahir Əliyev |
15 mart 2011 – 23 dekabr 2015 | |
Əvvəlki | Eynulla Mədətli |
Sonrakı | Əli Əlizadə |
20 aprel 2012 – 23 dekabr 2015 | |
Əvvəlki | Eynulla Mədətli |
Sonrakı | Vəhdət Sultanzadə |
2010 – 2 sentyabr 2011 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
10 dekabr 2005 – 22 mart 2007 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 yanvar 1973 (51 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili |
|
Atası | Məzi Şikarov |
Dini | İslam |
|
|
Təltifləri |
Daşqın Şikarov 29 yanvar 1973-cü ildə Azərbaycan SSR-in Şamaxı şəhərində dünyaya gəlmişdir. Uşaqlığı və gəncliyi Bakı şəhərində keçmişdir.
Daşqın Şikarov azərbaycan ingilis, türk, fars, rus və urdu dillərini akademik səviyyədə bilir.
Bakı Dövlət Universitetinin[ölü keçid] şərqşünaslıq fakültəsini bitirmişdir. 1997–2007-ci illər ərzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. 1999–2001-ci illərdə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunda xidmət göstərmişdir. 2001–2005-ci illərdə Azərbaycanın Pakistan İslam Respublikasındakı Səfirliyində üçüncü və ikinci katib, 2007–2011-ci illərdə isə həmin səfirliyin birinci katib və müvəqqəti işlər vəkili vəzifələrində işləmişdir. 2011–2015-ci illərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında, həmçinin iqamətgahı İslamabad şəhərində olmaqla Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmriliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmuşdur. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi var.
Daşqın Şikarov Paksitan İslam Respublikasında müvəqqəti işlər vəkili və səfir vəzifələrində işlədiyi müddətdə Azərbaycan və Pakistan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etməsi, Azərbaycanın Paksitanda daha geniş tanınması və iki ölkənin müxtəlif sahələrdə fəaliyyət göstərən qurum və təşkilatları arasında əlaqələrin təşviq edilməsi istiqamətində uğurla fəaliyyət göstərmişdir. Daşqın Şikarovun səfir kimi fəaliyyət göstərdiyi dövrdə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüs və rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Pakistanda çox sayda müxtəlif xeyriyyə layihələri uğurla həyata keçirilmişdir.
Birləşmiş Ərəb Əmriliklərində səfir işlədiyi müddətdə Daşqın Şikarov Azərbaycan həqiqətlərinin bu ölkədə daha çox tanıdılmasına, iki ölkənin müxtəlif qurum və təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişafı və təşviq edilməsinə, BƏƏ-də keçirilən tədbirlərdə Azərbaycanın daha çox təmsil olunmasına nail olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın qeyri-neft sektorlarının inkişafı məqsədilə verdiyi tapşırıqların icrası çərçivəsində görülən tədbirlər nəticəsində bir sıra ölkələrlə yanaşı BƏƏ-dən də Azərbaycana turist axını kəsin artmışdır. Turizm və iqtisadi sahədə əlaqələrin daha da artırılmasında birbaşa uçuşların vacib rolunu əsas götürərək Daşqın Şikarov bu istiqamətdə bir sıra təşəbbüslər irəli sürmüş, müxtəlif görüşlər, danışıqlar və tədbirlər keçirmişdir. Nəticədə 2017-ci ilin mart ayından BƏƏ-nin Air Arabia şirkəti tərəfindən Şarja-Bakı-Şarja istiqaməti üzrə uçuşlara başlamışdır. İlkin olaraq həftədə üç dəfə olan uçuşlar sonradan daha da artırılaraq hazırda gündə iki dəfəyə çatmışdır. Bununla yanaşı dünyanın ən yaxşı hava yolları şirkətləri siyahısının beşliyinə daxil olan Etihad Airways şirkətinin 2018-ci ilin mart ayından Abu Dabi-Bakı-Abu Dabi, Air Arabi şirkətinin 2018-ci ilin iyun ayından Şarja-Qəbələ-Şarja xətti üzrə birbaşa uçuşlara başlaması barədə qərarlar qəbul edilmişdir.
Daşqın Şikarovun BƏƏ-də səfir işlədiyi dövr ərzində iki ölkə arasında bir çox qarşılıqlı nümayəndə heyətlərinin səfərləri baş tutmuş, Azərbaycan məhsul və xidmətləri BƏƏ-də keçirilən müxtəlif sərgi və yarmarkalarda nümayiş etdirilmiş, bu və regionun digər ölkələrinin bazarlarına çıxarılması məqsədilə müxtəlif səviyyələrdə danışıqlar aparılmışdır. Bu müddətdə Azərbaycanın BƏƏ-də hər il keçirilən bir neçə böyük və vacib tədbirdə iştirakına başlanılmışdır.
Ailəlidir, üç övladı var.