İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə (4 avqust 1954, Bakı) — filologiya elmləri doktoru, professor, diplomat, Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvü.[1][2]
İsfəndiyar Vahabzadə | |
---|---|
25 yanvar 2020 – 7 noyabr 2022 | |
Sədr | Əli İnsanov |
Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi | |
26 may 2011 – 6 dekabr 2016 | |
20 aprel 2011 – 6 dekabr 2016 | |
27 may 2005 – 20 aprel 2011 | |
23 fevral 2004 – 1 iyun 2005 | |
28 iyun 1999 – 19 oktyabr 2001 | |
1 iyul 1997 – 28 iyun 1999 | |
Sonrakı | Eynulla Mədətli |
7 iyul 1994 – 1 iyul 1997 | |
Nazir | Polad Bülbüloğlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 avqust 1954 (69 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
İxtisası | şərqşünaslıq |
Fəaliyyəti |
diplomatiya, yazıçılıq |
Atası | Bəxtiyar Vahabzadə |
|
|
Təltifləri | Belarusiya Yazıçılar İttifaqının Qızıl Qələm mükafatı |
İsfəndiyar Vahabzadə 4 avqust 1954-cü ildə Bakıda anadan olmuşdur. 1971–1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1986–1988-ci illərdə Bakı Ali Partiya Məktəbində oxumuşdur. 2002–2004-cü illərdə Azərbaycan Dillər Universitetinin və Ali Diplomatiya Kollecinin müəllimi olmuşdur.[1] Filologiya elmləri doktoru, professor və Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür.[3] Azərbaycan Yazıçılar Birliyinin (1996) və Belarus Yazıçılar İttifaqının, eləcə də Belarus Jurnalistlər Birliyinin üzvüdür.
Fars, dari, türk və rus dillərini bilir.[1]
1976–1979-cu illərdə İranın Hərbi Nazirliyində hərbi tərcüməçi işləmişdir. 1979–1983-cü illərdə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində baş referent vəzifəsində çalışmışdır.
1983–1985-ci illərdə Əfqanıstanda hərbi tərcüməçi (SSRİ Müdafiə Nazirliyi) tərcüməçi vəzifəsində işləmişdir.
1 iyul 1997-ci il tarixində İsfəndiyar Vahabzadəyə Fövqəladə və Səlahiyyətli Səfir vəzifəsi verilmiş[4], Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri təyin olunmuşdur.[5] O bu vəzifədən 28 iyun 1999-cu il tarixində geri çağırılmışdır.[6]
İsfəndiyar Vahabzadə 28 iyun 1999-cu il tarixində Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilmişdir.[7] Bu vəzifədən 19 oktyabr 2001-ci il tarixində geri çağırılmışdır.[8]
İsfəndiyar Vahabzadə İlham Əliyev prezident seçildikdən sonra, 2004-cü ilin fevral ayının 23-də Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilmişdir.[9] 27 may 2005-ci il tarixində Azərbaycan Respublikasının Moldovada Fövqəladə və Səlahiyyətli səfiri təyin olunmuş,[10] bu səbəbdən 1 iyul 2005-ci tarixində Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilmişdir.[11] 20 aprel 2011 tarixində vəzifəsindən geri çağırılmış[12] və həmin gün Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin olunmuşdur.[13] 26 may 2011-ci il tarixində eyni zamanda Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi təyin edilmişdir.[14] 6 dekabr 2016-cı ildə İsfəndiyar Vahabzadə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılmışdır.[15]
1985–1986-cı illərdə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində baş referent vəzifəsində çalışmışdır. 1988–1990-cı illərdə Bakı şəhər Partiya Komitəsinin təşkilat işi şöbəsində təlimatçı vəzifəsində, 1990–1991-ci illərdə Bakı Şəhər Səbail rayonunun İcraiyyə Komitəsində Sədr vəzifəsində işləmişdir.
1991–1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri olaraq çalışmışdır.
7 iyul 1994-cü ildə İsfəndiyar Vahabzadə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.[16] 1 iyul 1997-ci il tarixində vəzifəsindən azad edilmişdir.[17]
İsfəndiyar Vahabzadə 2019-cu ildə Əli İnsanovun rəhbərliyi ilə təşkil olunan Haqq Ədalət Partiyası Təşkilat Komitəsinin üzvü olmuş və 25 yanvar 2020 tarixində partiyanın Təsis Konfransında partiya sədrinin müavini və İdarə Heyətinin üzvü seçilmişdir.[18]
5 noyabr 2022-ci il tarixində Haqq Ədalət Partiyasının sədri Əli İnsanov prezident İlham Əliyevin apardığı siyasəti birmənalı dəstəklədiyini açıqlamışdır.[19] Bu açıqlamanın ardınca 7 noyabr 2022-ci il tarixində partiyanın sədr müavinləri İsfəndiyar Vahabzadə, Qüdrət Quliyev və partiya sədrinin müşaviri Nuridə Hidayət partiyadan istefa verdiklərini elan etmişdirlər.[20]
Ədəbi fəaliyyətə 70-ci illərdən başlamışdır. Dövri mətbuatda klassik ədəbiyyatın, müasir ədəbi-tənqidi fikrin problemləri haqqında məqalələr dərc etdirmişdir. "Süleyman Rüstəmin yaradıcılığında cənub mövzusu"nda namizədlik, "Məhəmməd Hadi və XX əsr Azərbaycan romantizmi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1983).
"Süleyman Rüstəm və Cənub mövzusu" (1986), "Millətimin imzası" (1982) və "Sanma taleyindən küskündür şerim" (1995) kitabları, yüzdən artıq el-mipublisistik məqalələri çap olunmuşdur.
1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Belarus Yazıçılar İttifaqının "Qızıl Qələm" ordeni ilə təltif edilmişdir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |