Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü.
Roma boşləçəyi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Roma boşləçəyi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır.[1]
Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Yarpaqları 5-12 saydadır, gövdənin aşağı hissəsində yerləşirlər, qaidə hissəsinə yaxın çox daralmışdır və əksinə yumurtaşəkilli və ya uzunsov-xətvari neştərşəkillidir. Uzunluğu 8-12 sm, küt ucludur; yuxarı yarpaqları ensiz və qısadır.
Çiçək qrupu sıxdır, qısa, silindrik, çoxçiçəkli, bəzən əksinəyumurtaşəkilli olub, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya bənövşəyi-tünd-qırmızı, bəzən ağ rəngdə olur. Dodağı dəyirmi-dörd künc, üçbölümlüdür və 5-7 mm uzunluqda olur; yan bölümləri oval, kənarlardan dairəvi dişlidir, orta bölümü kvadrata bənzər, çox vaxt sonu girintili-çıxıntılıdır. Çiçəkləməsi may, meyvə verməsi may-iyun ayları.
Çiçəkləməsi may-iyun aylarındadır. Aşağı dağ qurşaqlarından subalp yüksəkliklərinə qədər bitir. Rütubətli yerlərdə, meşələrdə və kolluqlarda rast gəlinir. Dekorativ bitki kimi istifadə oluna bilər.
Böyük Qafqazın Quba, şərq-qərb hissəsində, Kiçik Qafqazın şimalında, mərkəzində, Naxçıvanın cənub, Lənkəranın dağlıq hissəsində və ovalığında rast gəlinir.
Rütubətli yerlərdə, meşə və kolluqlarda rast gəlinir.
Ölkə üzrə müxtəlif ərazilərdə rast gəlinsə də, populyasiyanın sayında azalma tendensiyası müşahidə edilir.
İqlim və antropogen amillər.
Mühafizəsi üçün xüsüsi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum banklarında saxlanması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.