Dad orqanına - dad tumurcuqları aiddir. İnsanda dad tumurcuqları başlıca olaraq dildə olan məməciklərdə yerləşir. Bundan başqa qırtlaq qapağında, udlağın arxa divarında və yumşaq damaqda da dad tumurcuqlarına təsadüf edilir.Həmin məməciklərdə fizioloji xassəsinə görə müxtəlif növ dad reseptorları yerləşir. Bu reseptorlardan şirin dadı dilin ucu, acı dadı dilin kökü,turş dadı dilin yanları, duzlu dadı isə dilin yanları və ucu hiss edir.
Yetişkin insanın dilində orta hesabla 2000-4000 dad reseptorları olur. Dadbilmə qabiliyyətinə cavabdeh olan sensor hüceyrələr bu reseptorlarda yerləşir və demək olar ki, hər həftə yenilənirlər.Dad reseptorları suda həll olmuş maddələrin təsirindən qıcıqlanır. Deməli, dad reseptorları kimyəvi qıcıqların təsiri ilə oyanır. Reseptorlarda əmələ gəlmiş oyanma dad sinirlərinin bu və ya digər lifləri ilə beyin yarımkürələri qabığının qoxu nahiyyəsi yanındakı dad nahiyyəsinə ötürülür. Burada qidanın dadı: acı,şirin,turş və duzlu olması müəyyən edilir. İnsanın həyatında dad hissiyyatının da böyük əhəmiyyəti vardır.Yer kürəsi əhalisinin təqribən 4/1-də çox güclü inkişaf etmiş dadbilmə qabiliyyəti olur ki, bu da onların ən incə dadları -xususilə də acı dadları daha da güclü bilmələrini xarakterizə edir. Belə insanlar arasından məhz dequstator kimi çalışanlar öz işlərinin professionalları olurlar. Dünyada çox az adam var ki, onlar bu işlə məşğul olurlar və yaxşı da pul qazanırlar. Daha bir 4/1 –də isə əksinə acı dadı tanıma hissi omayan və ümumən dadbilmə hissiyyatı az olan insanlardır. Dildə olan dad bilmə reseptorlarını gözlə görməyimiz mümkün deyil. Amma bizim gördüklərimiz məməciklər-papillomlardır. Dildə 3 tipdə paillomlar var: dairəvi, ğöbələkşəkilli və yarpaqşəkilli. Onların yerləşməsi də müxtəlif hissələrdədir. Göbələkşəkilli papillomlar dilin ucunda və yanlarında yerləşirlər. Onları adi gözlə görmək olmur. Digər iki tip paillomlar daha az yayğın olub, amma adi gözlə görünənlərdir. Yumru məməciklər nisbətən böyük olub dilin arxasında, udlağa yaxın v-şəkilində yerləşirlər.7-12-yə qədər yumru məməciklər var ki, onlar həm böyükdürlər, həm də bir az qabarıqdırlar. Dilimizin arxa hissəsində həmçinin 20 fil məməciklər var ki, onları da adi gözlə görmək olur.
Anatomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |