Qırtlaq (lat. larynx) — tənəffüs apparatının bir orqanı olub nəfəs və səs çıxarma proseslərində iştirak edir.
Qırtlaq | |
---|---|
| |
| |
Latınca | Larynx |
İltihabı | Laryngitis |
Sistem | Tənəffüs |
Üzv | Tənəffüs |
Arteriya | Qırtlağın yuxarı və aşağı arteriyaları |
Vena | yuxarı və aşağı qalxanabənzər venalara açılan qırtlağın yuxarı və aşağı venaları, |
Sinir | Qırtlağın yuxarı və aşağı sinirləri |
Limfa | lat. nodi lymphaticiprelaryngei, paratracheales |
Vikianbarda əlaqəli mediafayllar |
Qırtlaq qığırdaqlardan təşkil olunub, boyunda yerləşmişdir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Qırtlağın ardını nəfəs borusu təşkil edir. Amfibiyalarda qırtlaq iki yan qığırdaqlardan əmələ gəlmişdir; quyruqlularda (lat. urodela) qırtlaq yan qığırdaqlardan başqa üzüyəbənzər qığırdaqdan da inkişaf edir, ancaq bu qığırdaq açıq olur. Quyruqsuzlarda (lat. anura) üzüyəbənzər qığırdaq əksinə bitişmiş olur. Qırtlaq əzələləri isə qəlsəmə əzələlərindən inkişaf etmişdir. Quşların qırtlağı sürünənlərin qırtlağından artıq inkişaf etməyib rudiment halında qalır, səs telləri olmur və qırtlaq əzələləri reduksiya edir. Bunun əvəzində quşlarda "oxuma qırtlağı" — lat. syrinx inkişaf edir. Bu nəfəs borusunun aşağı ucunun genişlənməsindən əmələ gəlmişdir; burada xüsusi səs zarları və əzələləri diferensasiya edir. Məməlilərin qırtlağında lat. cartilagines laterales derivatlarından başqa qalxanabənzər qığırdaq və qırtlaq qapağı qığırdağı inkişaf edir. Bu qığırdaqlar ancaq məməlilərə xas olub, özləri də qəlsəmə qövslərindən inkişaf etmişdir. Qalxanabənzər qığırdaq inkişaf etməklə bərabər səs telləri və əzələləri diferensasiya etməyə başlayır; beləliklə ali məməlilərdə və insanda səs alətini təşkil edən üzv əmələ gəlir.
İki vəzifə daşıdığı üçün quruluşu da mürəkkəbdir. Qığırdaın skletini üç ədəd tək: üzüyəbənzər, qalxanabənzər, qırtlaq qapağı qığırdağı və üç cüt qığırdaq: çalovabənzər, buynuzabənzər. pazabənzər qığırdaq təşkil etmişdir. Bunlardan qırtlaq qapağı, çalovabənzər qığırdağın səs çıxıntısı, pazabənzər və buynuzabənzər qığırdaqlar elastik qığırdaq toxumasından, üzüyəbənzər, çalovabənzər qalxanabənzər qığırdaqlar isə gialin qığırdaq toxumasindan əmələ gəlmişdir.