Dadiani sarayı

Dadianov sarayıDadiani nəslindən olan meqrel hakimlərinin Gürcüstanın Zugdidi şəhərindəki rezidensiyası.

Dadiani sarayı
დადიანების სასახლეთა
Xəritə
42°30′44″ şm. e. 41°52′27″ ş. u.HGYO
Ölkə
Yerləşir Zuqdidi
Tikilmə tarixi 1840
Rəsmi sayt georgianmuseums.ge
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XVII-ci əsrdə Gürcüstanda olan italyan missioneri Arkandjelo Lamberti yazırdı ki Knyazın 50-dən çox sarayı var hansıların için Zugdidi sarayı ən gözəlidir: o ən gözəl daşdan tikilib və onun iç otaqları fars üslubunda tasarlanıb.[2]

İndiki var olan saray 1873–1878-ci illərdə inşa edilib knyaqinya Yekaterina Dadiani üçün. Sarayın tasarlanması zamanı mühəndis Edqar Dj. Rays Alupkadakı Voronçov sarayının üslubundan istifadə edib.[3] İkinci saray knyaqinanın oğlu, sonuncu meqrel hakimi üçün 1880-ci ildə inşa edilib, Leonid Vasilyevin layihəsi əsasinda.

Nikolay Didiani hakimiyyətdən imtina etdikdən sonra (1866) onun qızı Salome anası ilə Parisə getdi və Parisdə 18 may 1868-ci ildə Marşal Myuratın nəvəsi Aşil Myuratla evləndi. Aşil Myurat bonapartislərin bəzi relikviyaları ilə Napolionun olüm maskasını Meqrelə gətirdi. Günümüzdə maska saray kompleksinin əsas hissəsi olan tarix muzeyində saxlanır.

Muzey David Dadiani tərəfindən köhnə tarixi əşyalar və saray sahiblərinin xəzinsi əsasında 1849-cu ildə yaradılıb. Günümüzdə muzeydə 41.000 eksponat var — gürcü mədəniyyətinin nadir inciləri. Onların arasında — Taqilon dəfinəsi (e.ə. I l minillik), qızıl antik maska, gürcü kraliçası Tamaranın ikonası (12-ci əsr), Konstantinapolun süqutundan sonra gürcustana gələn qədim heykəllər, orta əsrlər avropa döyüş alətləri, və qərbi avropa sənətkarlarının orta əsr sənət əsərləri.

Sarayın ətrafında böyük botanik bağ salınıb. Bu bağı Salomenin anası Yekaterina Aleksandrovna Kavkavadze-Dadiani — Nino Qriboyedovun bacısı, avropadan gətirilmiş bağbanlar tərəfindən saldırıb. Bağın sahəsi 26,4 hektardır.

  1. 1 2 GeoNames (ing.). 2005.
  2. http://www.vostlit.info/Texts/Dokumenty/Kavkaz/XVII/1640-1660/Lamberti/frametext.htm Arxivləşdirilib 2011-11-29 at the Wayback Machine АРКАНДЖЕЛО ЛАМБЕРТИ, "ОПИСАНИЕ КОЛХИДЫ ИЛИ МИНГРЕЛИИ"
  3. Dadiani Dynasty Arxivləşdirilib 2015-07-18 at the Wayback Machine