Dairə məhkəməsinin binası[1] — Taqanroqun mərkəzində tarixi qədim bina. Taqanroqun arxitektura abidələri siyahısına daxildir. Hal-hazırda binada Taqanroq metallurgiya kolleci yerləşir.
Dairə məhkəməsinin binası | |
---|---|
rus. Здание окружного суда | |
47°12′34″ şm. e. 38°56′19″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1860 |
Vikianbarda əlaqəli mediafayllar |
Dairə məhkəməsinin binası Dobrolyubovski xiyabanının küncündə (9-11) və Petrovskaya küçəsində yerləşir. Bina XIX əsrin ikinci yarısına xas arxitekturada inşa edilmişdir. 1860-cı illərdə gələcəkdə şəhər rəhbərliyində mühüm vəzifələrdən birini tutan, tacir N. T. Curiç öz imkanları hesabına Taqanroqun Petroskaya küçəsində bina tikməyi qərara alır. Bir müddət sonra o tikintiyə marağı itirir. Bina yarımtikili olaraq Dairə məhkəməsinə satılır. Bu bina taqanroqda ilk üç mərtəbəli bina olmuşdur. Dairə məhkəməsi bu binada 30 aprel 1869 ildə açılmışdır. Hakimlər Don vilayətinin mülki və cinayət işləri ilə əlaqədar məsələlərə baxırdılar. Hakimlər şəhərin sayılıb-seçilən ailələrindən seçilirdi. 1882-ci ildə məhkəmə binanı tərk edərək Taqanroqun mərkəzi küçəsinə köçmüşdür.
1920-ci ildə bu binada Əmək sarayı yerləşir. 1936 - 1938-ci illərdə burada hazırlıq uçilişi yerləşirdi. 1939–1941-ci ildə binada Müəllimlər Universiteti yerləşirdi. İkinci Dünya müharibədindən sonra binada metallurqiya texnikumu yerləşdirilmişdi.
Binanın layihəsi A. Zaqoskinə mənsubdur. Binanın zəngin elementlər baxımından zəngindir. Şəhər sakinləri çox zaman binanı «Miniaturda olan qış sarayı» adlandırırlar. Binanın girəcəyi də Taqanroq Metallurgiya kollecinin emblemi yerləşir.
Binada məhkəyə aid bəzi elementlər saxlanılır. Otaqkarın qapılarında kiçik pəncərələr vardır. Bu pəncərələr dustaqlara nəzarət etmək məqsədi güdürdü.
Hal-hazırda binada Taqanroq metallurgiya kolleci yerləşir.