"Dalğa" (fr. La Vague) — fransız akademik rəssam Vilyam Buqronun 1896-cı ildə yağlı boya ilə kətan üzərində işlədiyi rəsm əsəri.[1] Əsərdə dəniz sahilində qumun üstündə oturmuş qız təsvir edilmişdir. Qızın fonunda böyük mavi dalğa görünməkdədir. Sağ tərəfdən təsvir edilmiş qız başını sağ tərəfə çevirmişdir. Onun üzündə yüngül gülüş sezilməkdədir.[2]
Dalğa | |
---|---|
La Vague | |
Rəssam | Vilyam Buqro |
Tarixi | 1896 |
Üslubu | nü |
Texnikası | yağlı boya |
Ölçüləri | 121 sm × 160,5 sm |
Materialı | kətan |
Saxlanıldığı yer | Şəxsi kolleksiya |
Vikianbarda əlaqəli mediafayllar |