Bohemiyalı

"Bohemiyalı" (fr. Bohémienne, ing. The Bohemian) — fransız akademik rəssamı Vilyam Buqronun 1890-cı ildə işlədiyi rəsm əsəri.[1] Əsərdə Sena çayının kənarında oturmuş ayaqyalın qız təsvir edilmişdir. Əlində violonçel tutmuş qızın arxasında Paris Məryəm Ana kilsəsi görünür. Qız sağ əli ilə dizinə dirsəklənmiş və paltarının qolu violonçelin bir hissəsini örtmüşdür. Qızın sağ tərəfində isə ağcaqayın ağacı vardır.

Bohemiyalı
Portretin görünüşü
Portretin görünüşü
Rəssam Vilyam Buqro
Tarixi 1890
Üslubu məişət janrı
Texnikası yağlı boya
Ölçüləri 150 sm × 124,5 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Filbruk İncəsənət muzeyi

Buqro bu əsər üçün istifadə etdiyi modeli, başqa bir əsərində - "Çoban qız" əsərində də istifadə etmişdir.

Əsər 2004-cü ildə Christie's auksionunda Minneapolis İncəsənət İnstitutu tərəfindən alınmışdır.[2]

  1. "La Bohémienne, William Bouguereau". 2020-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-28.
  2. "Lot 133/Sale 1364". 2012-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2011.