Dall adası

Dall adası (ing. Dall Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adasının qərbində yerləşir. Təxminən 73 km uzunluğa və 14 km enə malikdir. Adanın sahəsi 657,9 km²-dir və bu göstərici ilə ABŞ-də 28-ci ən böyük adadır. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 745 m yüksəklikdədir. Adanın ən cənub nöqtəsi Muson burnudur. Burun Alyaska ilə Kanadanın Britaniya Kolumbiyası əyaləti arasında dəniz sərhədi olan A-B xəttinin qərb ucu hesab olunur.

Dall adası
ing. Dall Island
Ümumi məlumatlar
Sahəsi 657,9 km²
Uzunluğu
  • 73 km
Eni 14,4 km
Əhalisi 20 nəfər (2000-ci il)
Yerləşməsi
54°57′22″ şm. e. 133°03′33″ q. u.HGYO
Ölkələr
Arxipelaq
Akvatoriya
[[Fayl:|280px|Dall adası xəritədə]]
Dall adası
Dall adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2000-ci il siyahıyaalınmasına əsasən ada əhalisinin sayı 20 nəfər olmuşdur[1].

Ada əvvəlcə İspan dəniz zabiti Xuan Fransisko-de-la-Bodeqa-i-Kuadranın şərəfinə Kuadra adlandırılır. Müasir adını 1879-cu ildə amerikalı təbiətşünas Vilyam Dollun adı ilə almışdır[2].

  1. Dall Island: Blocks 3066 and 3067, Census Tract 1, Prince of Wales-Outer Ketchikan Census Area, Alaska Arxivləşdirilib 2020-02-11 at Archive.today United States Census Bureau
  2. "Place Names in Revillagigedo and Gravina Islands". 2006-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-05-14.