Dalmatin

Dalmatin — it cinsi.[1]

Dalmatin

Səciyyəvi ləkəli rəng də olması onu fərqləndirir: fon üzərində qara, yaxud qəhvə rəngli aydın görünən ləkələr bərabər paylanmışdır. Tükü qısa, sıx və parlaqdır. Cidov hündürlüyü 5461 sm, kütləsi 2432 kq-dır. Mənşəyi, ehtimala görə, Aralıq dənizi bölgələrindəndir. Qədim Misir barelyefləri üzərində belə itlərin təsviri tapılmışdır. Orta əsrlərdə Dalmatin zadəgan saraylarının bəzəyi, atlıların, at ekipajlarının müşayiətçisi və atların mühafizəçisi olmuşdur. Cins rəsmi standart kimi 1890-cı ildə Böyük Britaniyada qəbul edilmişdir. Dalmatin harmonik qamətli, əzələli, aktiv itdir.   

  1. Dalmatin // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 268.