Daloa

Daloa Kot-d'İvuar Respublikasının paytaxtı Yamusukronun qərbində yerləşir. Kot-d'İvuar Respublikasının ən böyük 3-cü şəhəridir. Daloa özəlliklə kakao ticarəti üçün önəmli mərkəzdir.

Daloa
fr. Daloa
6°52′ şm. e. 6°27′ q. u.HGYO
Ölkə Kot-d'İvuar
Region Sassandra-Marahoué
Rayon Daloa Departmanı
Tarixi və coğrafiyası
Sahəsi 1.080 km 2 (420 sq mi)
Mərkəzin hündürlüyü 299 m (981 fit)
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 421.879 nəf. (2021)
Xəritəni göstər/gizlə
Daloa xəritədə
Daloa
Daloa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daloa Kot-d'İvuarın qərbində yerləşən bir şəhərdir. Həm Sassandra-Marahoué bölgəsinin həm də Haut-Sassandra bölgəsinin mərkəzidir. Eyni zamanda Daloa departmanının mərkəzi və bir alt vilayətidir. Daloa eyni zamanda bir kommunadır. 2014-cü il əhalinin siyahıya alınmasına görə 245.360 əhalisi ilə ölkənin 3-cü böyük şəhəridir. Şəhərə Daloa hava limanı xidmət edir və Cathédrale du Christ-Roi'dəki katedralla Roma Katolik yepiskopluğuna ev sahibliyi edir.

Şəhər 2002-dən 2004-ə qədər davam edən Kot-d'İvuar vətəndaş müharibəsində dəfələrlə əl dəyişdirib.16 oktyabr 2002-ci ildə hökumət qüvvələrinin şəhəri ələ keçirməsindən sonra şimaldan 50 sivilin hökumət qüvvələri tərəfindən öldürüldüyü iddia edildi.Beynəlxalq Amnistisya Təşkilatı bu hadisəni bir qətliam olaraq adlandırdı və hərbi üniformalı şəxslərin Kot-d'İvuar Yurtsevər hərəkatını dəstəklədiyindən şüphələnilən insanları öldürdüyünü bəyan etti.Qurbanların müsəlman adlarına dayandırıldığı və ya Mali,Burkina-FasoQvineya mənşəli olduğu iddia edildi. Kot-d'İvuar rəhbərliyi bu hadisə ilə bağlı araşdırma əmri verdi,ancaq hökumət qüvvələrinin günahkar olmadığı deyildi.Bununla birlikdə heç bir ittiham gətirilmədi və Mart 2007-də prezident Laurant Gbagbo ilə üsyançı lider Guillaume Soro arasında Ouagoudaugou sülh müqaviləsi imzalandı.Bu müqavilə insanlığa qarşı işlənmiş cinayətlər,müharibə cinayətləri,iqtisadi cinayətlər və bu dönəmdə işlənən cinayətlər üçün ümumi əfv sərəncamını əhatə edirdi. Fevral 2012-də Beynəlxalq Cəza Məhkəməsi bu hadisəni araşdırmağa qərar verdi. [1]

Qru şöbəsinə ait bir Niger-Konqo dili olan Bete dili danışılır.

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Daloa vilayətinin otuz dört kəndi və 2014-dəki əhalisi nunlardır:

  1. Balon (712)
  2. Daloa (245 360)
  3. Derahouan (3 603)
  4. Gbokora (1 087)
  5. Gogoguhé (1 206)
  6. Sapya (1 268)
  7. Tagura (1 405)
  8. Zaguiguia (713)
  9. Bekir (2 222)
  10. Bla (950)
  11. Bobua-Bahouan (4 404)
  12. Bolya (2 662)
  13. Brizeboua (6 997)
  14. Dagbaboua (1 274)
  15. Debéguhé (257)
  16. Digba (1 072)
  17. Gaboua (4 257)
  18. Gbalagova (864)
  19. Gbetitapea (917)
  20. Guédéguhé (605)
  21. Madoguhé (8 343)
  22. Nioboua (2 136)
  23. Seria (1 873)
  24. Tahiraguhé (Guéya) (3 513)
  25. Teyp (2 598)
  26. Tchébloguhé (2 306)
  27. Toroguhé-Gueya (2 453)
  28. Vandaguhe (952)
  29. Zah (1 423)
  30. Zekeriya (731)
  31. Zakoua (1 001)
  32. Zaragua (971)
  33. Zépréguhé (5 372)
  34. Zokoguhé-Didéguhé (3 920)[2]
  • Musiqiçi Ernesto Djédjé
  • Akademik siyasətci ve qısa hekayə yazarı Séry Bailly
  • Tarixçi və diplomat Pierre Kipré
  • Kelt futbolçusu Vakoun Issouf Bayo.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]

Po, Fransa 1984-dən bəri Kampinas, Braziliya 1982-dən bəri

  1. https://www.amnesty.org/en/documents/afr31/006/2002/en/ Arxivləşdirilib 2023-03-11 at the Wayback Machine Daloa qətliamları
  2. https://www.citypopulation.de/en/ivorycoast/cities/ Arxivləşdirilib 2023-01-24 at the Wayback Machine Kot-d'İvuar şəhərlərinin əhalisi və bölgələrinin əhalisi