Damğan döyüşü (1063)

Damğan döyüşü — Səlcuqlu Vətəndaş müharibəsi dövründə 1063-cü ildə baş vermiş döyüşdür.

Damğan döyüşü
Səlcuqlu Vətəndaş müharibəsi
Tarix 1063
Yeri Damğan
Səbəbi Hakimiyyət uğrunda mübarizə
Nəticəsi Alp Arslan sultan elan edildi.
Münaqişə tərəfləri

Alp Arslan

Qutalmış

Oğuz türklərindən olan Səlcuqlular XI əsrdə Səlcuqlu imperiyasının əsasını qoydular. İmperiyanın əsasını qoyan Toğrul övladı olmadan vəfat etdi və taxt-tac onun qardaşı Çağrı bəyin oğlu Alp Arslana keçdi. Sultan Toğrulun ölümündən sonra Səlcuqlu şahzadəsi Qutalmış yeni sultan olmağı arzulayırdı, çünki Toğrulun övladı yoxdu və Qutalmış sülalənin yaşayan ən yaşlı üzvü idi.

Qutalmışın taxta olan iddiası atası üzərindən idi. Belə ki, Qutalmışın atası Arslan Yabqu Səlcuqun ən böyük oğlu idi. Arslan Mahmud Qəznəvi tərəfindən ələ keçirilmiş və həbsdə öldürülmüşdü.[1] Nəticədə Toğrul sultan olmuşdu.

Əvvəldə baş vermiş hadisələr

[redaktə | mənbəni redaktə et]

Toğrul 4 sentyabr 1063-cü ildə vəfat etdi. Toğrulun ölümü xəbərlərinin yayılmasından sonra həm Qutalmış, həm də Alp Arslan (Süleymanın böyük qardaşı) paytaxt olan Reyə doğru taxtı ələ keçirmək üçün yürüşə başladılar. Qutalmış qalası olan Girduxun paytaxta daha yaxın olmasına görə daha üstün mövqedə idi. Alp Arslanın mülkləri isə daha şərqdə yerləşirdi. Lakin əvvəllər Süleymanı dəstəkləyən Sultan Toğrulun vəziri Əl-Kunduri Qutalmışdan qorxduğuna görə (keçmişdə Süleymanı dəstəklədiyinə görə) Alp Arslanı dəstəkləməyə başladı.[2] Buna baxmayaraq, Qutalmış və qardaşı Rəsulun qüvvələri Əl-Kundurinin qüvvələrini rahatlıqla məğlub etdilər və 1063-cü il 15 noyabrda Reyi mühasirəyə aldılar. Qutalmış Alp Arslanın qüvvələri yaxınlaşdığına görə mühasirəni ləğv etməyə məcbur oldu. Şərqə hərəkət edən Qutalmış Alp Arslanın avanqard qüvvələrinin komandanı olan Hacib Ərdəmi Damğana yaxın olan Dihinemekdə məğlub etdi.[3]

Alp Arslanın əsas ordusu Qutalmışın 15 km şərqində idi. Qutalmış Alp Arslanın ordusunun yolunu dərənin yönünü dəyişdirməklə kəsməyə çalışdı. Lakin Alp Arslan ordusunu yenicə yaranmış bataqlıq ərazidən keçirməyə nail oldu. İki Səlcuqlu ordusu qarşı-qarşıya gəldiyi zaman Qutalmışın qüvvələri qaçmağa başladılar.[4] Rəsul, həmçinin Qutalmışın oğlu Süleyman (daha sonralar Rum Səlcuqlu Sultanlığının əsasını qoyacaq) əsir götürüldülər. Qutalmış qaçmağı bacardı. Öz qalası olan Girduxa nizamlı formada geri çəkilərək qüvvələrini yenidən cəmləşdirmək fikrində idi. Lakin 7 dekabr 1063-cü ildə təpəlik bir ərazidə atdan yıxıldı və vəfat etdi.[3]

Qutalmışın oğlu Süleyman əsir götürülsə də, Alp Arslan onu bağışladı və sürgünə göndərdi. Lakin sonradan onun özünü sübut etmk üçün şansları oldu, çünki Böyük Səlcuqlu imperiyasından daha uzun müddət yaşayan Rum Səlcuqlu Sultanlığının əsasını qoydu.

  1. Arslan b. Saldjuk, Claude Cahen, The Encyclopaedia of Islam, Vol. I, ed. H.A.R. Gibb, J. H. Kramer, E. Levi-Provencal, J. Schacht, (Brill, 1986), 662.
  2. "Aziz Basan:Great Seljuks, s.27". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
  3. 1 2 "Islam Encyclopedia Vol 26 p480-81". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
  4. Izz al-Din ibn al'Athir, The Annals of the Saljuq Turks, transl. D.S. Richards, (Routledge, 2002), 151.