Rum sultanlığı və ya Anadolu Səlcuqlu Dövləti — Səlcuqluların Anadoluda qurduğu dövlət. Qurucusu Qutalmışın oğlu Süleyman şahdır.
Sultanlıq | |||||
Rum sultanlığı | |||||
---|---|---|---|---|---|
سلجوقیان روم / Selcūkiyân-ı Rūm السلاجقة الروم / al-Selācika el-Rūm | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt |
İznik Konya |
||||
Dilləri | Orta yunan dili, fars dili, Qədim Anadolu türkcəsi | ||||
Rəsmi dilləri |
Fars (rəsmi dil) Türk (rəsmi dil və danışıq dili) Ərəb (dini işlərdə, mədrəsələrdə tədris üçün və fərman dillərindən biri) |
||||
Dövlət dini | Sünni islam | ||||
Ərazisi | 1243-cü ildə 400.000 km² | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Sultan | |||||
• 1073-1086 | Süleyman şah | ||||
• 1086-1092 | Əbul-Qasım | ||||
• 1092-1107 | I Qılınc Arslan | ||||
• 1107-1116 | Məlikşah (Şahinşah) | ||||
• 1116 -1156 | I Rüknəddini Məsud | ||||
• 1156 - 1192 | II Qılınc Arslan | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqalə aşağıdaki məqalələr silsiləsinə aiddir: |
Türkiyə tarixi |
---|
Xronologiya |
Türkiyə portalı |
Türklərin Anadoluya yerləşməsi 1071-ci ildəki Malazgirt müharibəsindən sonra sürətlənmişdir. 1073-cü ildə Süleyman şah Sultan-ı Rum (yəni Anadolu (Türkiyə) Səlcuqlu hökmdarı) olaraq Anadoluya getmiş və Rum sultanlığını qurmuşdur. O, 1075-ci ildə İznik və İzmiti fəth etmiş, İzniki paytaxt elan edərək 1078-ci ildə Çanaqqala boğazına qədər irəliləmiş, 1084-cü ildə Çukurova Tarsus bölgəsini və Hatayı ələ keçirmişdir. 1086-cı ildə Hələbi mühasirəyə almış, amma ələ keçirmədən vəfat etmişdir.
Anadolu Səlcuqlu Dövləti bayrağı Böyük Səlcuqlu bayrağının əsasında düzəlsə də, ona çox bənzəsə də, müəyyən cəhətlərdən "original"-dan fərqlənir. Belə ki, bu bayraqda yay və ox ikibaşlı qartalın üstündə deyil, qartala "geydirilmiş" vəziyyətdədir.