Dama (oyun)

Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar.

Dama
Beynəlxalq dama, 10×10 lövhə
Beynəlxalq dama, 10×10 lövhə
Aktiv illər ən azı 5000
Növlər Stolüstü oyun
Abstrakt strategiya oyunu
Ağıl idmanı
Oyunçular 2
Yaş dərəcəsi 4+
Quraşdırma vaxtı <1 dəqiqə
Oyun vaxtı Təsadüfi oyunlar adətən 10-30 dəqiqə davam edir; turnir oyunları təxminən 60 dəqiqədən 3 saata qədər və ya daha çox davam edir.
İxtiyari şans yoxdur (tam məlumatlı oyun)
Tələb olunan bacarıq Strategiya
vizual yaddaş
düşünmə

Bu oyun növü əsasən RusiyaNiderlandda geniş yayılmışdır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir.

100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir. 1947-ci ildə Ümumdünya Dama Federasiyası (FMJD) yaradılmışdır. Azərbaycan Dama Federasiyası 1958-ci ildə Bakıda yaradılmış, 1993-cü ildə yenidən təsis edilmişdir. Ümumdünya Dama Federasiyasının (1993) və Avropa Dama Federasiyasının (1998) üzvüdür. Qadınlar arasında ilk dəfə M.Dubova (1959), kişilər arasında isə E.Mürsəlov (1975) SSRİ çempionu olmuşlar. Ən yüksək nəticəni 2 dəfə (1997, 2002) dünya çempionu Ü.Abdullayev əldə etmişdir. A.Nurullayev beynəlxalq dərəcəli hakim (FMJD, 1998) və ilk əməkdar məşqçidir (2009). Azərbaycan damaçıları 2001–2010-cu illərdə dünya və Avropa çempionatlarında 3 qızıl, 3 gümüş, 13 bürünc medal qazanmışlar.

Tarixi haqqında

[redaktə | mənbəni redaktə et]

Dama oyunu 10-11-ci əsrlərdə cənubi Fransada yaranmışdır. Dama taxtası o dövrdə məlum olan şahmat oyunundan götürülür. Oyun qaydaları Kvirkata (fr. Alquerque) mənsubdur. İlk vaxtlarda dama daşlarına şahmatda olduğu kimi "ferze" deyilirdi. O vaxtlarda dama yalnız bir xana irəliləyə bilərdi. Yenilik ondan ibarət idi ki, daş rəqibin üzərindən atlanıb onu götürə bilərdi. Bu oyun əvvəllər "Firges" adlanırdı.

Louis-Léopold Boilly: Dama oyunu

Şahmatla oxşarlığı ondan ibarət idi ki, dama oyunçusu hər verilmiş imkandan istifadə edərək rəqibini vurmaq məcburiyyətində deyildi. 1535-ci ildən sonra bu məcburiyyətə çevrilir. Əgər bir oyunçu ona verilən imkandan istifadə etmirdisə onun daşı cərimə kimi taxtadan kənara "üfürülürdü" və ya götürülürdü.

Ferzlərin "dama" adlandırılması ilə oyunun da adı dəyişdirilərək dama olur.

Oyun qaydaları

[redaktə | mənbəni redaktə et]
Beynəlxalq dama oyununda gedişlər

Dama oyunu kvadrat formalı,üzərində ağ və qara xanalar olan taxta üzərində oynalınır.Bir çox ölkələrdə dama taxtası 8x8 ölçüsündə olur. Bu şahmat taxtasına uyğundur. Ancaq damada xanalar başqa cür nişanlanır. Beynəlxalq aləmdə 10x10 ölçülü taxtadan istifadə edilir.

Bütün oyun daşları yastı şəkilli silindrik formaya malikdirlər.Ağ rəngli daşlar bir tərəf, qara rəngli daşlar isə digər tərəf üçün nəzərdə tutulmuşdur. Daşlar taxta və ya süni materialdan hazırlanır. 8x8 ölçülü taxtada hər oyunçunu 12 daşı olur, 10x10 ölçülü taxtada isə hər oyunçuya 20 daş düşür. Oyun yalnız qara xanalarda aparılır.Daşlar dioqonal istiqamətdə irəliyə gedişlər edirlər. Əgər qabağa çıxan rəqib daşının arxasındakı xana boşdursa onda onun üzərindən atlamaqla irəliyə hərkət etmək olur. Üzərindən atılan bütün rəqib daşlarını götürmək olur.

Əgər oyunçu rəqibin sonuncu cərgəsinə çatarsa, onun bu daşı "Damaya" çevrilir. Bunun üçün o iki daşı üst-üstə qoyur. Damaya çevrilmiş daş oyun xətti üzrə istənilən istiqamətdə və addımla hərəkət edə bilir. Ancaq dama rəqib daşının üzərindən atıldıqda o mütləq həmin daşın arxasında dayanmalıdır.Adi daşlarda olduğu kimi dama da bir neçə rəqib daşlarını ardıcıl olaraq atlaya bilər. Bu həm irəli, həm də geriyə istiqamətdə baş verir.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Damanın Altay variantı (şatra) özündə dama və şahmat qaydalarını birləşdirir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]