Daniil Qalitski

Danil Romanoviç Qalitski (ukr. Данило I Галицький) (1201-1264) — Qalitsiya-Volın knyazı.

Danil Romanoviç Qalitski
ukr. Данило I Галицький
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1259-cu ildə monqol-tatar basqınlarından sonra Qaliç-Volın knyazı Danil Qalitski dağıdılmış şəhərləri, qalaları bərpa etmək məqsədilə alman sənətkarlarını, memarlarını, ticarət adamlarını knyazlığa dəvət etdi. Əcnəbi mühacirləri cəlb etmək məqsədilə o, Maqdeburq şəhər hüququna müvafiq olaraq, onlara yerli idarəetmə, məhkəmə sistemində azadlıqlar vermiş, sosial-iqtisadi sahədə bir sıra imtiyazlar bağışlamışdı.[1]

Knyaz Danil Qalitskinin apardığı siyasət təcrübəli alman sənətkarlarının, inşaatçılarının, tacirlərinin fəal şəkildə Qərbi Ukraynada məskunlaşması ilə nəticələndi.

Knyaz Vladimir Vasilkoviçin dəfn mərasimini təsvir edən Qaliç-Volın salnaməsinin müəllifi yazırdı: «Onun tabutu üstündə bütün vladimirlilər - kişilər, qadınlar və uşaqlar; almanlar, surojlular və novqorodlular» ağlayırdılar.[2]

  1. Cichoska - Petrazyska S.Zywol niemieski na Wolyniu. Warszawa, 1935, s.11.
  2. Лiтопись Руський. //Переклад з давноруського Л.Е.Махновця. Киiв, 1989, səh.445.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]