Danilevski sovkası

Danilevski sovkası (lat. Oxytripia danilevskyi) — pulcuqqanadlılar dəstəsinin nadir növü. Talış endemidir.

Danilevski sovkası
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Qısa təsviri[redaktə | mənbəni redaktə et]

Qanadları açılmış halda 45-50mm-dir. Ön qanadları qonuru- boz rəngdədir, alabəzəkdir.[1] Xarici dişli zolağın dişləri iridir, böyrəkşəkilli naxış ağdır, xarici tərəfi aypara formasındadır, yumru naxış qonurdur. Böyrəkşəkilli və yumru naxışların arası göyümtüldür. Arxa qanadları ağdır.

Arealı və sayı[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Naxçıvan və Talışın dağ səhra ərazilərində yayılmışdır.[2] Cəmi 9 kəpənəyi işıqdan tutulmuşdur.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.

Qorunması üçün məsləhət görülən tədbirlər[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Danilevski sovkası
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. II cild. Fauna. Bakı: 2013

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Миляновский Е.С. Новый вид совки рода Oxytrypia Stgr. (Lepidoptera, Noctuidae). Труды Всесоюзн. энтомол. общ-ва АН СССР, т. 56, Л.: Наука, 1973, с. 274 - 276;
  2. Алиев С.В. Совки (Lepidoptera, Noctuidae) Азербайджана. Баку: Элм, 1984, 209 с.
  3. Azərbaycan Respublikasının Qırmızı Kitabı. II cild. Fauna. Bakı: 2013
  4. Ekoloji Menecment, Dərs vəsaiti II cild, Bakı, 2014.-428s

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Danilevski sovkası

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Çəhrayı sovka