Çəhrayı sovka

Çəhrayı sovka (lat. Aedophron rhodites) — pulcuqqanadlılar dəstəsinin nadir növü.

Çəhrayı sovka
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
???:
Çəhrayı sovka
Beynəlxalq elmi adı

Qısa təsviri[redaktə | mənbəni redaktə et]

Qanadları açılmış halda 25–30 mm-dir. Ön qanadları çəhrayıya, çox vaxt bənövşəyiyə çalır. Qanadın ortasında bir, çox vaxt paza oxşar iki sarı rəngdə ləkə vardır. Arxa qanadları boz rəngdədir.[2] Hər iki qanadın kənarları çəhrayı rəngdədir. Baş, döş, eləcə də beli yumşaq açıq sarı-çəhrayı tüklərlə örtülmüşdür.

Yayılması və sayı[redaktə | mənbəni redaktə et]

Avropa, Kiçik Asiya, Rusiya, Qafqaz, İran, Türkiyədə yayılmışdır. Azərbaycanda isə məhdud areala malikdir. Naxçıvan MR-da və Kür-Araz düzənliyində yayılmışdır. Azsaylıdır.

Yaşayış yeri və həyat tərzi[redaktə | mənbəni redaktə et]

Düzənlik və dağ səhra kserofit stasiyalarda yaşayır. Həyat tərzi öyrənilməmişdir. Kəpənəyi mayın axırlarından iyulun ortalarına qədər uçur. Pup mərhələsində qışlayır.[3] Tırtılları iyul ayında quru bitkilər və quru bitki toxumları ilə qidalanırlar. Tırtılları yovşanastroqal üzərindədə yaşayır. Torpağın dərin qatlarında puplaşır. İldə bir nəsil verir.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması məhdudlaşdırıcı amillərdəndir.

Qorunması üçün məsləhət görülən tədbirlər[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərində yasaqlıq təşkil etmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qlobal Biomüxtəliflik Məlumat Mexanizmi (ing.). 2001.
  2. Azərbaycanın Qırmızı kitabı. II cild. Bakı: 2013.
  3. Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург: изд. А.Ф.Деврiена, 1913, с. 241.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург: изд. А.Ф.Деврiена, 1913, с. 241.
  2. Алиев С.В. Совки (Lepidoptera, Noctuidae) Азербайджана. Баку: Элм, 1984, 209 с.
  3. Azərbaycanın Qırmızı kitabı. II cild. Bakı: 2013.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]