Danimarka–Ermənistan münasibətləri

Danimarka—Ermənistan münasibətləriDanimarkaErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistanın Kopenhagendə səfirliyi var[1]. Danimarka isə Ukraynanın Kiyevdəki səfirliyi vasitəsilə Ermənistanda təmsil olunur[2]. Diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulmuşdur[3]. Ermənistanın Danimarkadakı hazırkı səfiri Hraçya Ağacanyandır[4]. 2008-ci ildə Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyan Ermənistan və Danimarka arasındakı münasibətləri "dostyana" və "yüksək" olaraq adlandırdı[5]. 2013-cü ildə müstəqil Amstream təşkilatı qeyri-siyasi və qeyri-iqtisadi qurum olaraq Ermənistan və Skandinaviya arasında iş, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq və tərəfdaşlığa başlamaq məqsədilə quruldu[6].

Danimarka—Ermənistan münasibətləri
Danimarka və Ermənistan
 Danimarka  Ermənistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ermənistanla Danimarka arasındakı ticarət əlaqələri 1568-ci ildə, erməni səyyah və yazıçı Pirzadə Qapanetsinin Danimarkanı ziyarət etməsindən sonra başlayır[7]. Müasir Ermənistan dövləti 1991-ci ildə müstəqillik qazandıqdan bəri, iki ölkə həm hökumət, həm də Qeyri Hökumət Təşkilatları əlaqələr qurmağa çalışırdı. Danimarka Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Mission Ost, Danimarka Erməni Missiyası və Danimarka Qafqaz Araşdırmaları Cəmiyyəti kimi vətəndaş cəmiyyəti təşkilatları ikitərəfli münasibətlərin inkişafında fəal iştirak edir. 2003-cü ildə Danimarkada 100 qanunsuz erməni immiqrant yaşayırdı. Hamnsı ki, iki ölkə hökumətləri arasında aparılan danışıqlar zamanı onlar Ermənistana qayıtmaq məcburiyyətində qalmışdılar[8]. 2004-cü ildə Ermənistan prezidenti Robert Köçəryan Danimarka səfiri ilə inkişaf etməkdə olan münasibətləri müzakirə edərək, görüləsi çox işin qaldığını bildirir. Hər iki tərəf iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayır[9]. Danimarkanın yeni səfiri ilə 2009-cu ildə keçirilmiş diplomatik görüşdə Prezident Serj Sarkisyan, Danimarkanın əhəmiyyətli təcrübəyə sahib olduğu kənd təsərrüfatı və enerji səmərəliliyi kimi inkişaf etmiş əməkdaşlıq üçün konkret sahələr təklif edərək ikitərəfli münasibətləri daha da dərinləşdirmək arzusunu dilə gətirir[10]. Hər iki ölkə iqtisadi münasibətləri gücləndirmək üçün ikiqat vergidən yayınma barədə bir müqavilə imzalayır[11]. İki ölkə 2000-ci ildə hava xidmətləri göstərilməsi haqqında müqaviləsi imzalanır[12]. Ermənistan və Danimarka 2003-cü ilin aprelində "ölkələrə qanunsuz gələnlərin qovulması" barədə bir müqavilə imzaladılar[13].

Qondarma Erməni Soyqırımı

[redaktə | mənbəni redaktə et]

Danimarka hökuməti erməni qırğınlarını soyqırım kimi təsnif edilməli olduğunu rəsmi olaraq qəbul etmir və bunun edilməsi barədə qərarın tarixçilərin işi olduğunu bildirir.

  1. "Embassy of Armenia opens in Denmark". PanArmenian. 28 July 2011. 6 April 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 August 2011.
  2. "Info about Armenia". Ministry of Foreign Affairs of Denmark. 19 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 February 2011.
  3. "Bilateral relations between Armenia and Denmark". Foreign Affairs of Armenia. 15 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2011.
  4. "Armenian president appoints new ambassador to Denmark". ARKA News Agency. 20 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2011.
  5. "Armenia, Denmark sign an agreement on cooperation". ArmRadio. 15 September 2008. 29 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2011.
  6. "Armenien vil vise flaget i Skandinavien". Standby. 17 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2013.
  7. Journal of the Society for Armenian Studies, 11 - 13. Society for Armenian Studies. səh. 73. 5 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2011.
  8. "Danes to be expelled from Armenia". Human Rights in Armenia. 3 April 2003. 20 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2010.
  9. "Kocharyan Received Danish Ambassador". a1plus.am. 23 November 2004. 27 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2010.
  10. "Armenia, Denmark interested in deepening bilateral relations". ArmRadio.am. 17 December 2009. 29 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2011.
  11. "Double tax agreement with Armenia signed". Station.lu. İstifadə tarixi: 6 February 2011.[ölü keçid]
  12. "Air Services Agreement Between the Government of the Republic of Armenia and the Government of the Kingdom of Denmark" (Armenian). Foreign Affairs of Armenia. 21 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2011.
  13. "Denmark and Armenia Agreement between the Government of the Kingdom of Denmark and the Government of the Republic of Armenia on the readmission of persons with unauthorized stay (with annexes). Copenhagen, 30 April 2003. Registration with the Secretariat of the United Nations: Denmark, 14 January 2005" (PDF). 40904 (51674). 30 April 2003. 27 March 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 July 2011.