Danka Bartekova (slovak. Danka Barteková; 19 oktyabr 1984, Trеnçin) — stend atıcılığında çıxış edən Slovakiya idmançısı. 2012 Olimpiya bürünc mükafatçısı, 9 qat dünya çempionu, 10 qat Avropa çempionu, 5 qat dünya kuboku mərhələlərinin qalibi, 2011 Universiada gümüş mükafatçısı.
Danka Bartekova | |
---|---|
slovak. Danka Barteková | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 19 oktyabr 1984 (38 yaş) |
Doğum yeri |
|
İdman növü | stend atıcılığı |
Boyu | 170 sm |
Çəkisi | 54 kq |
2012-ci ildə 8 il müddətinə BOK Atletlər Komissiyasına seçilmişdir.[1]
Rio-de-Janeyroda keçirilən 2016 Olimpiya Oyunlarının açılış mərasimində Slovakiya bayrağını daşıyırdı.
Danka Bartekovanın bacısı Lenka Kosteletska məşhur Çexiya atıcısı David Kosteletskinın həyat yoldaşıdır.[2]