Danny O'Donoghue

Denni O'Donohyu — 1979-ci il oktyabr ayının 3-də[1] İrlandiyanın paytaxtı Dublində anadan olmuşdur. Əslən yunandır. Babaları vaxtı ilə Yunanıstandan köç edib İrlandiyaya gəlmişdir və ondan sonrakı nəsillər də həyatlarını burada yaşamağa üstünlük vermişdir. Denninin isə hələ uşaq yaşlarından musiqiyə böyük həvəsi var idi. 6 yaşında olarkən atası onu musiqi məktəbinə yazdırır. Musiqi məktəbində oxuyurkən bir sıra musiqi yarışlarında mükafat qazanır və musiqiyə olan bu böyük sevgisi onu 1996-cı ildə qrup yaratmağa vadar edir. O, Mark Sheehan və 2 digər dostu ilə "MyTown" adlı pop qrupu yaradır. Bu qrupun fəaliyyəti cəmi 5 il olur. Bu 5 il ərzində "MyTown" qrupu cəmi 2 albom buraxır. 2001-ci ildə artıq "MyTown" dağıldıqdan sonra o, dostu "Mark Sheehan"ı yanına alır və 2001-ci ildə The Script rok qrupunu yaradır. Bu qrup çox uğurlu olur və 5 studiya albomu çıxarda bilir. The Script qrupu hələ də fəaliyyətdədir. Denni O'Donohyu müğənnilikdən başqa həm də model olaraq bir sıra reklamlar və başqa tədbirlərdə iştirak etməkdədir.

Denni O'Donohyu
Danny O'Donoghue
Ümumi məlumatlar
Doğum adı Daniel John Mark Luke O'Donoghue
Doğum tarixi (44 yaş)
Doğum yeri Dublin, İrlandiya
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-mahnı müəllifi[d], müğənni
Fəaliyyət illəri 1998-ci ildən
Janrlar Alternativ rok, pop rok, eksperimental rok
Musiqi alətləri piano, klavişli alət[d], gitara
Səs tembri tenor
Albom şirkəti Sony Music[d]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-23.