Pop-rok — özündə pop musiqinin və rok musiqi janrının xusüsiyyətlərini birləşdirən bir musiqi janrı.
Pop rok musiqi janrı sadə strukturaya malikdir. Melodiyalar bəsit və yaddaqalandır, sözlər də həmçinin yaddaqalandır və bir çox hallarda tez-tez təkrar olunurlar.
Bu janr XX əsrin 70-ci illərində yaranmışdır. "Pop-rok" termin olaraq ilk dəfə The Beatles rok qrupunun mahnılarını təsfir etmək üçün işlədilib, daha sonra bu janr bir qədərdə inkişaf edib və yayılmışdır. Günümüzdə pop rok ən çox yayılmış və tanınmış musiqi janrlarından biridir.
Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |