Daphne kurdica

Kürd canavargiləsi (lat. Daphne kurdica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Kürd canavargiləsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Qısa, çoxbudaqlı, alçaq koldur. Qabığı bozvə ya qonur rənglidir. Yarpaqlar ellipsivari və ya uzunsov–lansetvari, 1-3 sm uzunluğunda, 4–8 mm enindədir. Çiçəkləri 3-6, ağ və ya çəhrayı, budaqların üst tərəfindədir. Çiəkyanlığı bardaqvari, sıx, qısa boz tükcüklüdür. Boru 8–10 mm uzuluğundadır. Erkəkciklərin tozcuqları çiçəyin ağızcığından çıxır. Yumurtalıq tükcüklüdür. Çəyirdək uzunsov, qırmızıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may-avqust aylarına düşür, kserofit bitkidir. Əhəngli yerlərdə, əhəngli–gilli yamaclarda bitir.

Kiçik Qafqazın cənub hissəsində və Naxçıvan Muxtar Respublikasının dağlıq hissəsində yayılmışdır.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın sayı azdır, ətraf mühitin mənfi təsirlərinə həssasdır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yayılma sahəsinin məhdud olması və antropogen təsirlər. 

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yayıldığı sahələr xüsusi nəzarət altına alınmalıdır.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Daphne oleoides subsp. kurdica (Bornm.) Bornm.
  • Daphne oleoides var. kurdica Bornm.