Daqo, dacu, daqu — Sudanda (Kordofan əyalətinin cənub qərbində və Darfur regionunun bir hissəsində) yaşayan xalq. Çadda 140 min nəfərdən, Sudanda 100 min nəfərdən artıq daqolu yaşayır. Onlar Nil-Saxara makro dil ailəsinin şərqi Sudan alt dil ailəsinin dacu kir-abbay dil ailəsinə daxil olan daqo (dacu) dilində danışırlar. Daqolar arasında ərəb dili də geniş yayılmışdır. Dini inamlarına görə onlar sünni müsəlmandırlar.
Daqo xalqı XVII-XVIII əsrlərdə təşəkkül tapmışdır, məhz bu dövrdə bu xalq ilk dövlətini yaratmış və Darfur sultanlığının tərkibinə daxil olmuşdur.
Daqoların əsas məşğuliyyəti heyvandarlıq (xüsusilə iribuynuzlu mal-qara və dəvəçilik), həmçinin dəmyə və suvarma əkinçilikdir. Onların məişətlərində süddən və tərəvəzdən hazırlanan yeməklər əsas yer tutur.
Daqolar yığcam və böyük ailələr formasında icmalar halında təmsil olunurlar.