Daqomıs — Krasnodar diyarının Soçi şəhər kurort ərazisinə daxil olan şəhər tipli qəsəbə.[3]. 1961–2019-cu illərdə Soçi şəhərinin mikrorayonu idi. Lazarevski rayonunun Lazarevskoe mikrorayonundan sonra ikinci böyük mikroroyon idi. 1958-ci ildən 1961-ci ilə qədər Daqomıs artıq şəhər tipli qəsəbə (kurort qəsəbəsi) statusuna malik idi. Qəsəbədə Volkovski kənd dairəsinin idarəsi var.
Daqomıs | |
---|---|
rus. Дагомыс | |
43°39′37″ şm. e. 39°39′27″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | Krasnodar diyarı |
Rayon | Soçi şəhər dairəsi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 16 m[1] |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 862 |
Poçt indeksi | 354 207 |
Vikianbarda əlaqəli mediafayllar |
Lazarevski rayonunun cənub kənarında, eyni adlı Daqomis çayının aşağı axarında yerləşir. Regional mərkəzdən — Lazarevskoyedən 55 km cənub-şərqdə, Soçinin mərkəzindən 14 km şimal-qərbdə və Krasnodar şəhərindən 280 km cənub-şərqdə (yolla) yerləşir.
Daqomısdən A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmir yolunun qolu keçir. Daqomıs dəmir yolu stansiyası fəaliyyət göstərir.
Daqomis Qara dəniz sahilində yerləşir və Qərbi Daqomis və Şərqi Daqomis çaylarının vadiləri boyunca uzanır. Ərazinin relyefi əsasən təpəlikdir, çay dərələri sıldırım və qayalıdır. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən təxminən 30 metr yüksəklikdədir. Mütləq yüksəkliklər dəniz səviyyəsindən 400 metrə çatır.
Şəhərin iqlimi rütubətli subtropikdir. Orta illik hava temperaturu təxminən + 14,2 °C, iyulun orta temperaturu + 24,0 °C, yanvarın orta temperaturu isə + 6,4 °C-dir. Orta illik yağıntı təxminən 1500 mm-dir. Ən çox yağıntı qışda, ən az isə yayda düşür.
Daqomıs adının mənşəyinin ehtimal olunan variantlardan birinə görə söz çərkəz sözü "Тыгъэмыпс" dən meydana gəlib. Mənası "kölgəli yer" və ya hərfi mənada "günəşin parlamadığı yer"[4].
Başqa versiyaya görə toponim çərkəzcə "sıx meşə" və ya "yaxşı meşə" mənasını verən "'Дэгумэз'" sözündən gəldiyi. düçünülür.[5]
2017-ci ilin məlumatına əsasən mikrorayonun əhalisi 19 458 nəfərdir.
Mikrorayon iqtisadiyyatında əsas rolu kurort və turizm oynayır. Mikrorayonda onlarla sanatoriya, pansionat, istirahət mərkəzləri, müxtəlif səviyyəli mehmanxanalar var. Özəl sektor geniş yayılmışdır. Mikrorayonun gəlirlərinin çox hissəsini təşkil edən xidmət sahəsi inkişaf edib.