Darıdağ - Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu.
Bu suyun mənbəyi Naxçıvan Muxtar Respublikası Culfa şəhərindən 8,5 km şimalda, minerallaşmaya malik karbon qazlı, xlorlu-hidrokarbonatlı-natriumlu-mərgümüşlü sudur. Tərkibində bor, yod,brom, stronsium, litium vardır. Darıdağ suyu mədə-bağırsaq xəstəlikləri, ginekoloji xəstəliklər zamanı içilir. Periferik sinir sistemi xəstəlikləri zamanı vanna qəbul etmək üçün əvəzedilməz əhəmiyyətə malikdir.