| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | litium, Li, 3 | |||||
Qrup, Dövr, Blok | 1, 2, s | |||||
Xarici görünüşü | gümüşü ağ metal | |||||
Atom kütləsi | 6.941 q/mol | |||||
Elektron formulu | 1s22s1 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) 0.534 q/L | |||||
Ərimə temperaturu | 180.54 °C (453.69 K, 356.97 °F) | |||||
Qaynama temperaturu | 1342 °C (1615 K, 2448 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Litium (Li) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 3-cü element.
Litium 1817-ci ildə isveç kimyaçısı İ.Arfedson tərəfindən, pentalit mineralının analizi zamanı kəşv olunub. Bu mineral ən adi daş kimi görünür və odur ki, metal litium (yunan sözü “lithos” – daş deməkdir) adlandırılmışdır.
Litium gümüşü-ağ rəngli yumuşaq metaldır. O, bütün metalların ən yüngülüdür. Qələvi metalların digər nümayəndələrinə nisbətən litiumun kimyəvi aktivliyi xeyli aşağıdır. Məsələn, onun su ilə reaksiyası başqa qələvi metallarda olduğu kimi şiddətli getmir. Litiumun yalnız təzə kəsilmiş səthi adi temperaturda havanın oksigeni ilə birləşərək Li2O əmələ gətirir. LiOH yüksək temperaturda parçalanaraq, (Mg(OH)2-də olduğu kimi) Li2O əmələ gətirir. NaOH, KOH və s. isə parçalanmadan sublimə edilir. LiOH-in suda həll olması NaOH-ın həll olmasına nisbətən zəifdir. Litium duzları həll olmalarına görə qələvi metalların başqa nümayəndələrinin oxşar duzlarından fərqlənir və maqnezium duzlarını xatırladır. Məsələn, LiCl, LiBr suda və tərkibində oksigen olan üzvi həlledicilərdə, maqneziumun analoji duzları kimi yaxşı həll olur.
Keramik və şüşə istehsalında, batareya istehsalında, sürtkü və ərinti sərtləşdirici maddələrin tərkibində, A vitamini sintezində, nüvə stansiyalarında soyuducu mexaniklərdə və raket itələyici qüvvə təmin edilməsində istifadə edilir. Qatı elementlər içində ən yüksək spesifik istilik tutumuna sahib olması səbəbiylə, istilik çatdırılmasında istifadə edilən mayelərin tərkibində yer alır. Ancaq, su ya da asid kimi həll edicilərlə qarışıldığında yüksək bir partlama və ya parlama xüsusiyyətinə sahib olması və xüsusilə sinir sistemi üçün zəhərli təsir göstərməsi səbəbiylə, diqqətli istifadə edilməsi lazımdır. Bəzi litium birləşmələri, beyin xəstəlikləri və psixoloji xəstəliklərin müalicəsində istifadə edilən dərmanların tərkibində də var.
Yüksək reaksiya qabiliyyəti iləəlaqədar olaraq, təbiətdə litiuma yalnız birləşmələr şəklində rast gəlinir. Litium nadir elementdir. Litium yer qabığında nisbətən az (0,006%) yayılan element olduğuna baxmayaraq, indiyə kimi onun 150-dən çox mineralda (xüsusilə natrium və kaliumla bir yerdə olmaqla, alümosilikatlarda) varlığı müəyyən edilmişdir. Litiumun əsas mineralları lepidolit KLi2Al(S4O10), spodumen - LiAl(SiO3)2, litiofilit- Li(Mn,Fe)PO4, ambliqonit AlLi[(F,OH)]PO4 və s.-dir. Litium , həmçinin bir sıra mineral sularda rast gəlinir. Belə suların bəzilərindən hətta litium istehsalında bir mənbə kimi istifadə edilir.
Bitkilərdə litiumun miqdarı təxminən 0,0001% (kütlə ilə) miqdardadır. Litium bitkilərdə su-duz mübadiləsinə təsir edir. On səkkiz dərman bitkisi litium toplayıcısıdır ki, onların 6-sı dah çox toplayıcıdır: qara bəng otu, yaşıl yarpaqlı kassiya, hind tatlası, bataqlıq gözdəvəri və ağacabənzər aloye (əzvay). Torpaqda litium çox olduqda sitrus bitkilərinin yarpaqları ləkəli olur.
Heyvan orqanizmində litium miqdar kütlə ilə 0,001% təşkil edir, insanın çəkisi 70 kq olduqda isə onun bədənində 0,67 mq litium olur.
Litium ultramikroelmentdir, ali sinir fəaliyyətində iştirak edir, həmçinin immunitetə və su-duz mübadiləsinə təsir edir. İnsan orqanizmində litium skeletdə və qalxanabənzər vəzdə toplanır.
Litium psixoterapiya praktikasında da istifadə olunur. Həkimlər dəfələrlə müşahidə etmişlər ki, litiumun bəzi birləşmələri (əlbəttə ki, uyğun dozalarda) maniakal depressiyada olan xəstələrə müsbət təsir edir. Bir tərəfdən müəyyən edilmişdir ki, litium beyinin hüceyrələr arası mayesindən hüceyrələrə natrium və kalium ionlarını daşımaqda iştirak edən bəzi fermentləri aktivləşdirə bilir. Digər tərəfdən müşahidə olunmuşdur ki, litium ionları hüceyrənin ion balansına bir başa təsir edir. Natrium və kalium balansından isə xəstənin vəziyyəti xeyli dərəcədə asılı olur. Hüceyrələrdə natrium ionlarının artıqlığı depressiv pasientlər, çatışmazlığı isə maniyadan əziyyət çəkənlər üçün xarakterikdir. Natrium-kalium balansını bərabərləşdirərək litium duzu hər iki tip xəstəyə müsbət təsir edir. Nadir hallarda litium immun çatışmazlığı vəziyyətinin müalicəsində istifadə olunur.
Əsəbi pozğunluğu olan, böyrək xəstəlikləri olan, həm də alkoholizmə tutulmuş insanların nəvələrində, immun çatışmazlığı olan xəstələrdə litiumun miqdarı az olur.
Böyrəklərin ayırıcı funksiyası, natrium mübadiləsi pozulduqda, litiumlu preparatlar dozadan artıq istifadə edildikdə saçlarda litiumun yüksək qatılığı müşahidə olunur.
Litiumlu birləşmələr orqanizmə əsasən yaşıl bitkilər vasitəsi ilə daxil olur.
Litiumun daha geniş məlum olan və insan tərəfindən geniş istifadə olunan birləşmələri aşağıdakılardır:
Li2CO3 litium karbonat, litonit
[Li, Al] Si2O6 – spodumen, kunsit
LiAl [Si4O10] – petalit
Qida məhsulları ilə litiumun orqanizmə sutka ərzində daxil olan miqdarı təxminən 2 mq-dır.
Litiumun tibbi tətbiqi məhduddur litium duzları (Li2CO3, litonit) manikal – depressiv psixozların müalicəsində istifadə olunur. Litium preparatları şişlərin, alkoholizmin müalicəsində səmərəli ola bilər.
Orqanizm üçün litiumun toksiki dozası 92-200 mq həddindədir.
Litium duzları alovu al qırmızı rəngə boyadığından onda atəşfəşanlıq üçün pirotexniki tərkiblərdə istifadə olunur.