Darin müqaviləsi və ya Darin paktı — 1915-ci ildə Birləşmiş Krallıq ilə Nəcd və Həsa əmirliyinin hökmdarı Əbdüləziz Səud arasında bağlanmış müqavilə.
Darin müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 26 dekabr 1915 |
Tərəflər | Nəcd, Britaniya imperiyası |
Müqavilə Tarut adasında[1] yerləşən Darində 26 dekabr 1915-ci ildə Britaniya hökuməti adından Ser Persi Koks ilə Əbdüləziz Səud tərəfindən imzalanmışdır.[2]
Müqavilə yenicə formalaşmaqda olan Səudiyyə dövlətini beynəlxalq səviyyədə tanıyan ilk müqavilə idi. Nəcd tarixində ilk dəfə olaraq danışıqlarlı sərhəd anlayışı ortaya atılmışdı.[3] Bundan əlavə, Britaniyanın məqsədi Fars körfəzindəki protektoratlarını təmin etmək idi, lakin bu müqavilə qonşu ərazilərdə Səudiyyə nəzarətini qanuniləşdirmək kimi gözlənilməz nəticə vermişdir.[3] Müqavilə 1927-ci ildə Ciddə müqaviləsi ilə əvəz olunmuşdur.[4]