Nəcd

Nəcd (ərəb. نجد‎) — Ərəbistan yarımadasında qədim ərazi.

Nəcd
24°17′28″ şm. e. 43°35′16″ ş. u.HGYO
Ölkə
Xəritəni göstər/gizlə
Nəcd xəritədə
Nəcd
Nəcd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəcd vilayəti geniş Ərəbistan yarımadasının bir qismini əhatə edir. Nəcd kəlməsi lüğətdə "hündür yer" mənasındadır. Bu məntəqə başqa yerlərdən yüksəkdə olduğuna görə oranı bu adla adlandırmışlar. Nəcd vilayətinin mərkəzi şəhəri hazırkı Ərəbistan yarımadasının paytaxtı olan Ər-Riyad şəhəridir. Bu ölkənin başqa tanınmış məntəqələrindən Qəsim şəhərinə yaxın olan Üneyzə və Bureydə məntəqələri və bir çox başqa məntəqələri vardır.

Nəcd cənub tərəfdən YəmaməƏhqad, şərq tərəfdən İraq, ƏhsaQətif, şimal tərəfdən Şam səhrası və nəhayət, qərb tərəfdən Hicaz məntəqəsi ilə əhatə olunmuşdur. Bu ölkənin əhalisi barəsində tarixçi Alusi yazır: Nəcd əhalisi iki qismə — şəhərdə və çöllükdə yaşayanlara bölünürdü. Şəhərlilər köçərilərə nisbətən az idilər. Nəcd əhalisinin ən çox yediyi şey çəyirtkədir. Çünki onların ən dadlı yeməyi çəyirtkədən hazırlanırdı. Xülasə, (qədimdə) Nəcd əhalisi nə tezliklə öz diyarlarını tərk edər və nə də başqalarının onların torpağına gəlməsinə mail idilər.[1]

Tarixçi Hafiz Vəhbə öz kitabında yazır: "Vəhhabilərin ilk dəvəti zamanı Nəcd əhalisi qarət, oğurluq və adam soymaqdan başqa fikirləri yox idi. Bunları özləri üçün iftixar hesab edirdilər"[2]. O vaxt onların məntəqəsindən yalnız bac verən ticarət karvanı salamat keçib gedə bilərdi. Bu ölkədə heç bir qayda-qanun yox idi. Padşahlar və əmirlər istədiklərini edirdilər. Şəhərlilər adətən, köçərilərlə müharibə edərdilər.[3]

  1. Tarixi Nəcd kitabı, səh.28
  2. "Cəzirətül-Ərəb fil-qərnil-işrinə", səh.313
  3. "Vəhhabiyan", səh.230.