Dark Tranquillity

Dark Tranquillityİsveçdə yaradılan metal musiqi qrupu. Bu növdə uzun müddətdir fəaliyyət göstərən qrup eyni zamanda İsveç death metal musiqi növünün də yaradıcısı hesab edilir.

Dark Tranquillity
Loqonun şəkli
Əsas məlumatlar
Üslub melodik det metal
Fəaliyyət illəri 1989—h.h.
Ölkə İsveç İsveç
Şəhər Göteborq
Leybl Spinefarm Records
Osmose Productions
Century Media (indi)
Toy’s Factory (təkcə Yaponiya)
Heyət Mikael Stanne
Niklas Sundin
Anders Yivarp
Martin Henrikson
Martin Brendstryom
Keçmiş üzvlər Bax:Keçmiş üzvləri
Digər layihələr In Flames
Hammerfall
Soilwork
Dimension Zero
www.darktranquillity.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1989-cu ilin əvvəllərində vokal ifaçı Anders Friden, gitaraçı Niklas Sundin, ritm gitaraçı Mikael Stanne, bas gitaraçı Martin Henriksson və zərb alətlərində Anders Jivarp birlikdə "Septic Broiler" adında bir thrash metal qrupu yaratdılar. 1990-cı ildə Enfeebled Earth adlı demo albom üzərində işlədikləri zaman, qrup anidən fikrini dəyişdirdi və demo albomdan imtina etdi. Sonra qrupun adı "Dark Tranquillity" olaraq dəyişdirildə və ifa növü də death metal ilə əvəzləndi.

Qrup, yeni adı ilə 1991-ci ildə ilk demo albomu olan "Trail of Life Decayed" və ardınca 1992-ci ildə ikinci demo albomu olan "A Moonclad Reflection"ı yayınladı. "A Moonclad Reflection" demo albomunun satış indeksi 1500ə çatdı. Qrup öz janrını death metal ilə əvəzləsə belə, musiqilərində 80-ci illərdən gələn klassik thrash nəfəsi də duyulurdu.

1993-cü ildə ilk albom olan "Skydancer" albomunu satışa çıxardılar. Bu albomda qonaq sənətçi kimi Anna Kajsa Avehall iştirak etmişdi. O, vokalda qrupa köməklik göstərmişdi. Albom satışa çıxdıqdan sonra Anders Friden qruptan çıxdı və vokal ifaçı kimi Mikael Stanne davam etməyə başladı. Gitarada yaranan boşluğu isə qrupa yeni qoşulan Friedrik Johansson bağladı. Yeniləşmiş heyət ilə 1994-cü ildə "Of Chaos and Eternal night" deyə adlandırdıqları EP-ni, ardınca 1995-ci ildə "The Gallery" albomunu çıxardılar. Albom dinləyicilər tərəfindən bəyənildi. "Skydancer" albomunda daha çox black metala üstünlük verən qrup, "The Gallery" albomunda tamamı ilə özünə məxsus bir tərz yaratmışdır. Bir çox fanat tərəfindən qrupun ən yaxı mahnısı hesab edilən "Lethe" də bu albomda yer almışdır. Qrupun instrumentallardakı hakimliyinin və bəstə qabiliyyətinin "Skydancer"ə nəzərən inkişaf etdiyi görünür. Albom melodik death metal tarixində önəmli yer tutur. Həmçinin bir çox fanatın fikrinə görə bu albom, qrupun ən yaxşı əsəridir.

"The Gallery" albomunun yazıldığı zamanlarda qrupdan ayrılan və hal-hazırda In Flamesin vokalisti Anders Frideni əvəz edən Mikael Stanne, göstərdiyi performans ilə qrupu, uğurla ardınca aparmışdır. Niklas Sundin isə qrupun qurucularındandır. O, bəstlər ilə və qrupun poster, albom və digər dizayn işləri ilə məşğul olur.

İndiki üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Mikael Stanne - Vokal (1994-cü ildən), Gitara (1989−1994)
  • Martin Henriksson - Gitara (1998-ci ildən), Bass gitara (1989−1998)
  • Niklas Sundin - Gitara (1989-cu ildən)
  • Anders Jivarp - Zərb (1989-cu ildən)
  • Martin Brandström - Elektro, sintezator (1998-ci ildən)
  • Daniel Antonsson - Bass gitara (2008-ci ildən)

Keçmiş üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Anders Fridén - Vokal (1989-1993)
  • Fredrik Johansson - Gitara (1993-1998)
  • Michael Nicklasson - Bass gitara (1998-2008)