Soilwork — 1995-ci ildə Helsinqborqda yaradılan İsveç metal musiqi qrupu.
Soilwork | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
melodik det metal modern det metal |
Fəaliyyət illəri | 1996—h.h. |
Ölkə | İsveç |
Şəhər | Helsinqborq |
Dil | ingiliscə |
Leybl |
Century Media Listenable Nuclear Blast |
Heyət |
Björn "Speed" Strid Peter Wichers Sylvain Coudret Ola Flink Sven Karlsson Dirk Verbeuren |
Keçmiş üzvlər |
Ola Frenning Daniel Antonsson Ludvig Svartz Jimmy Persson Henry Ranta Carlos Del Olmo Holmberg Carl-Gustav Döös Mattias Svensson |
Digər layihələr |
a Deeds Pride Coldseed Dark Tranquillity Dimension Zero ELITE 101 Evergrey Faithful Darkness Hatelight Kayser Pathos Scarve Terror 2000 |
www.soilwork.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrupun oxuduğu janr 1980-ci illərdəki qrupların üslubu və muasir metaldan yaranmış bir üslubdur. Qrupun ilk studiya və debüt albomu 1998-ci ildə çıxan "Steelbath Suicide" adlı albom olmuşdur. Qrup indi ən tanınmış metal albom şirkəti olan Nuclear Blast ilə birlikdə çalışır.
Qrupun ikinci albomu "The Chainheart Machine" 2000-ci ildə, üçüncü albomu "A Predator's Portrait" isə 2001-ci ildə buraxıldı. Bu albomlardan sonra qrup In Flames, Annihilator və Nevermore kimi qruplarla, Wacken Open Air festivalında çıxış etdi.
2002-ci ildə qrup "Natural Born Chaos" adlı albomu buraxdı. Bu albomdan sonra ABŞ-də Hypocrisy, Scar Culture, Chimaira,Unearth və Killswitch Engage qrupları ilə birgə konsertlərdə çıxış etdi.
Qrupun daha sonraki albomları Figure Number Five (2003), Stabbing the Drama (2005), Sworn to a Great Divide (2007), The Panic Broadcast (2010) və The Living Infinite (2013) albomları olmuşdur.