Daryarpaq mahmızlalә (lat. Corydalis angustifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Daryarpaq mahmızlalə | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Daryarpaq mahmızlalə |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Hündürlüyü 10-15 (20) sm, gövdəsi sadə və ya nazik tək budaqlı çoxillik ot bitkisidir. Kök yumruları kiçikdir, diametri 7-15 mm olub, şarşəkillidir, bərkdir və boz-qonur rəngdədir. Yarpaqlarının sayı 2 ədəddir, kifayət qədər uzun saplaq üzərində yerləşmişdir, uzunsov-xətvari dilimləri olan, ikiqat üçərdir. Çiçəkləri qısa, seyrək, azçiçəkli salxımda toplanmışdır. Çiçəkaltlığı üç bölümlüdür. Çiçək tacı ağ və ya tutqun-sarı rəngdədir, uzunluğu 20-23 mm-dir; mahmızları kifayət qədər nazikdir, düz və kütdür. Qutucuq xətvaridir, uzunluğu 25 mm-ə qədərdir, 2-3 dəfə çiçək saplağından uzundur. Aprel ayında çiçəkləyir. May ayında meyvə verir.
Böyük Qafqaz (Quba nadir halda), Kiçik Qafqaz şimal, Kiçik Qafqaz mərkəzi, Lənkəran dağları aşağı və orta dağ qurşaqlarında.
Meşələrdə, meşə kənarında və kolluqlarda rast gəlinir.