Das adası (ərəb. داس) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Əbu-Dabi əmirliyinin bir parçası. Sahildən 160 km şimal-qərbdə yerləşir. Ada 1,2 x 2,4 km ölçülərinə malikdir[1]. Buradan neft və sıxılmış təbii qaz Avropa və Asiyanın bir çox limanlarına ixrac edilir. Neft hasilatı 1956–1960-cı illərdə gerçəkləşən kəşfiyyat işlərinin ardından baş vermişdir.
Das adası | |
---|---|
ərəb. داس | |
Ümumi məlumatlar | |
Sahəsi | 2.5 km² |
Uzunluğu |
|
Eni | 1,21 km |
Hündür nöqtəsi | 15 m |
Yerləşməsi | |
25°09′ şm. e. 52°52′ ş. u.HGYO | |
Ölkə | BƏƏ |
Region |
|
Akvatoriya | |
|
Das adası əvvələr tısbağa və dəniz quşlarının yuva qurduğu bir ərazi olmuşdur. Neft və qaz hasilatına baxmayaraq ada yenədə köçəri quşların əsas dayanacaq yerlərindən biridir. Burada qədim insanların, xüsusi ilə islam keramikanın izlərinə rast gəlinir. Balıqçılar və mirvari toplayan üzgüçülər fırtınadan qorunmaq üçün adaya sığınırdılar.
Adada iki şirkət fəaliyyət göstərir: "ADMA-OPCO" (neft) və "ADGAS" (sıxılmış təbii qaz). ümumi işçi personalı 2,5 min nəfər olsa da bəzən 4 min nəfərə çata bilir.