Dassault Mirage IV, Fransa istehsalı olan səsdən sürətli reaktiv mühərrikli strateji bombardmançı və kəşfiyyat təyyarəsidir. Bu hərbi təyyarə Soyuq müharibə boyunca Fransanın nüvə silahlarının qarşısının alınması proqramının əsas tərkib hissəsi olmuşdur.
Dassault Mirage IV | |
---|---|
Tipi | Strateji bombardmançı təyyarə, bombardmançı |
Hazırlayan | Dassault Aviation |
İstehsalçı | Dassault Aviation |
İlk uçuş | 17 iyun 1959 |
İstismara verilmə tarixi | 1 oktyabr 1964 |
İstimarının bitmə tarixi | 1996, 2005 (bombardmançı modelləri) |
İstismarçılar | |
İstehsal ili | 1963-1968 |
Buraxılış sayı | 66 |
Baza modeli | Dassault Mirage III |
Vikianbarda əlaqəli mediafayllar |
Mirage IV, Fransa hökumətinin zərbə qüvvəsi yaratmaq qərarı ilə hazırlanmış bir hücum bombardmançı təyyarədir. Bu təyyarənin baza modeli olaraq Mirage III təyyarəsi götürülmüşdür. Başlanğıcda Pratt & Whitney J-75-B turbojet mühərrikləri seçilsə də, daha sonra qərar Mirage III-ün mühərriki olan Fransa istehsalı SNECMA ATAR 9K-ya dəyişdirilmişdir.
Mirage IV-in ilk prototipi 1958-ci ilin iyununda uçdu. Bunu daha üç prototip izlədi. Dalınca isə FAF sifarişi bunu izlədi və ilk 62 Mirage IV-nin çatdırılması 1964-cü ildə başladı. Hər bir təyyarədə Thompson CSF DRAA-8A radarı və qismən gövdənin altına yerləşdirilmiş bir AN-22 nüvə bombası var idi.