Dassault Mirage III

Dassault Mirage III, 1950-ci illərdə Fransada Dassault Aviation tərəfindən hazırlanmış və Fransa və bəzi digər ölkələrdə istehsal olunan səsdən sürətli bir qırıcı hərbi təyyarə modelidir. Rus ekvivalenti supersonik Mikoyan-Gurevich MiG-21-dir.

Dassault Mirage III
Dassault Mirage III
Tipi önləmə təyyarəsi
Hazırlayan Dassault Aviation
İstehsalçı Dassault Aviation
İlk uçuş 17 noyabr 1956
İstismara verilmə tarixi 1961
İstismarçılar
Buraxılış sayı 1.422[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müvəffəqiyyətli bir qırıcıdır, bir çox ölkəyə satılmış və on ildən çox istehsal olunmuşdur. Bəzi kiçik hərbi hava qüvvələri tərəfindən hələ də dünyanın dörd bir tərəfində Mirage III uçurdulur. Bunlara Argentina, Çili, Kolumbiya, Misir, Qabon, Liviya, Pakistan (ən böyük istifadəçi), PeruVenesuela daxildir.

İkinci Dünya Müharibəsindən sonra Fransız Hava Qüvvələri (FAF) ümumiyyətlə Amerika mənşəli təyyarələrdən istifadə etməyə başlamışdı. Fransızlar bunun digər ölkələrdən asılılıq yaradacağını və aviasiya sənayesinin ölkədə gerilədəcəyini düşündülər. Hind-Çin müharibəsi, Fransız aviasiya sənayesinin öz təyyarələrini inkişaf etdirməli olduğunu ortaya qoydu.

Əllinci illərin ortalarında Generale Avions Marcel Dassault - GAMD, FAF şərtlərinə uyğun bir təyyarə hazırlamağa başladı. Bu təkcə FAF üçün lazımlı bir döyüş təyyarəsini təmin etməyəcək, həmçinin Fransanı yenidən əhəmiyyətli bir təyyarə ixracatçısına çevirəcəkdi.

GAMD-nin ilk yüngül qırıcı-önləmə təyyarəsi Dassault MD-550 Mirage I idi. Bununla birlikdə, bu ilk layihə bir çox dəyişikliyə məruz qaldı və nəticədə Fransa istehsalı olan SNECMA Atar 101G mühərrikli Mirage III əldə edildi. Bu təyyarənin prototipi ilk uçuşunu 18 Noyabr 1956-cı ildə etdi.

Bu modelin ilk kütləvi istehsal modeli 9 oktyabr 1960-cı ildə uçdu və FAF-ın standart gündüz qırıcı döyüş təyyarəsi variantlarına çevriləcək Mirage IIIC üçün əsas oldu.

FAF-da hələ də çox məqsədli bir təyyarəyə ehtiyac var idi. Bu səbəbdən GAMD, Mirage IIIC-də lazımi dəyişikliklərə başladı və yalnız önləmə təyyarəsi deyil, həm də quru hədəflərinə hücum təyyarəsinin inşasına yönəldi.

Mirage IIIE-nin ilk prototipi ilk uçuşunu 5 aprel 1961-ci ildə etdi və ilk istehsal modelləri 14 yanvar 1964-cü ildən etibarən FAF-a çatdırılmağa başlandı. FAF əvvəlcə nüvə silahı daşıya bilən 188 ədəd çox məqsədli təyyarə sifariş etdi.

Gözləniləndən daha yüksək səviyyədə əldə edilən uğur nəticəsində bir çox ölkə Mirage IIIE ilə maraqlanmağa başladı. Bu ölkələrdən bəziləri Cənubi Afrika, Avstraliya, İsrail və İsveçrədir. İki nəfərlik versiyası Mirage IIID-dir. Radarsız versiyası olan Mirage 5 və quru hədəflərinə qarşı hücum modeli Mirage 50, ixrac üçün hazırlanmış modellərdir.

Xüsusiyyətləri (Mirage IIIE)

[redaktə | mənbəni redaktə et]

Mənbə[2]

  • Ekipaj: 1
  • Mühərrik: 1 x SNECMA “Atar” 9C
  • İtələmə qüvvəsi: 58.9 kN
  • Qanad uzunluğu: 8.2 m
  • Uzunluq: 13.9 m
  • Hündürlük: 4.2 m
  • Qanad sahəsi: 34.9 m²
  • Qalxma çəkisi: 12000 kq
  • Boş çəkisi: 6000 kq
  • Maksimum sürəti: Mach 2.2
  • Xidmət tavanı: 29500 m
  • Mənzil: 1000 km
  • Silah təchizatı: 2 x 30mm MG, bombalar, AA/AG döyüş raketləri
  1. http://www.airwar.ru/enc/fighter/mirag3.html.
  2. Donald and Lake 1996, p. 125.