Daue Bob Postyuma (nid. Douwe Bob Posthuma; d. 12 dekabr 1992, Amsterdam, Niderland) və ya sadəcə Daue Bob — Niderland müğənnisi və bəstəkarı. O, Niderlandın De beste singer-songwriter van Nederland yarışmasında qələbə qazanmışdır. Əsasən kantri və folk musiqisi ifa edən müğənni Niderlandı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Daue Bob | |
---|---|
nid. Douwe Bob | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Daue Bob Postyuma nid. Douwe Bob Posthuma |
Doğum tarixi | |
Doğum yeri | Amsterdam, Niderland |
Vətəndaşlığı | Niderland |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2012-h.h. |
Janr | |
Musiqi alətləri | piano, gitara |
Albom şirkəti | Universal Music Group |
douwebobmusic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Daue Bob Postyma 12 dekabr 1992-ci ildə Niderlandın paytaxtı Amsterdamda anadan olmuşdur. Onun atası Simon Postyuma Niderlandın The Fool dizayn şirkətinin üzvüdür. Daue 6 yaşında ikən pianoda ifa etməyi öyrənmiş və musiqi janrı kimi ilkin olaraq klassik musiqi və caz ilə maraqlanmışdır. O, 14 yaşında gitarada ifa etməyə başlamışdır. Daue musiqiyə 50-ci və 70-ci illərin kantri, folk və pop musiqilərindən ilham aldığını söyləmişdir.
2016-cı ilin mart ayında Daue Bob Niderland telekanallarından birinə verdiyi müsahibədə özünün biseksual olduğunu açıqlamışdır.[1]
2012-ci ildə Daue Bob Niderlandın De beste singer-songwriter van Nederland yarışmasında iştirak etmişdir. Yarışmada Daue özünün bəstələdiyi "Standing Here Helpless", "Icarus" və "Multicoloured Angels" mahnıları ilə çıxış etmişdir. İfaçı yarışmanın finalında qalib elan edilmiş və sinqllarından biri olan "Multicoloured Angels" Niderland hit paradlarında 17-ci yerə yüksəlmişdir. 2013-cü ilin may ayında onun Born In a Storm adlı debüt albomu işıq üzü görmüşdür. Albomdakı mahnıların hamısı məhz Dauenin özü tərəfindən bəstələnmişdir. Həmin ilin iyun ayında müğənni Niderlandın Pinkpop Festivalında çıxış etmişdir. 2013-cü ilin sonunda Dauenin atası ilə münasibətlərindən bəhs etdiyi sənədli filmi pərəstişkarlarına təqdim edilmişdir.
2014-cü ildə Daue Bob Niderlandda keçirilən Bevrijdingsfestival-da çıxış etmişdir. Növbəti ilin yanvar ayında ifaçının Niderlandın tanınmış musiqiçilərindən biri olan Anuk ilə duet şəklində səsləndirdiyi "Hold Me" mahnısı dinləyicilərə təqdim edilmişdir. 2015-ci ilin may ayında Dauenin Pass It On adlı ikinci studiya albomu işıq üzü görmüşdür.
2015-ci ilin sentyabr ayında Niderlandın AVROTROS telekanalı Daue Bobun ölkəni İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil edəcəyini elan etmişdir.[2] Dauenin Avroviziya səhnəsində ifa etdiyi mahnı "Slow Down" 2016-cı ilin mart ayında dinləyicilərə təqdim edilmişdir. Uzun məşqlərdən sonra ifaçı 10 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 6-cı nömrə altında səhnə almışdır. Nəticədə Daue 197 xalla 5-i yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Daue 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 153 xal toplayaraq, 11-ci yeri tutmuşdur.
Dauenin Avroviziya ərəfəsində Fool Bar adlı üçüncü studiya albomu işıq üzü görmüşdür. Fool Bar Niderland albom siyahılarında ilk beşlikdə yer almışdır.
Albom adı | İl |
---|---|
Born In a Storm | 2013 |
Pass It On | 2015 |
Fool Bar | 2016 |
Mahnı adı | İl |
---|---|
"Multicoloured Angels" | 2012 |
"Blind Man’s Bluff" | 2013 |
"Stone Into the River" | |
"You Don't Have to Stay" | |
"Mine Again" | 2014 |
"Hold Me" (Anuk ilə duet) |
2015 |
"Slow Down" | 2016 |
Əvvəlki: Triyntye Osterhös "Walk Along" |
Niderland Avroviziya Mahnı Müsabiqəsində 2016 |
Sonrakı: O'G3NE "Lights and Shadows" |