Daunşiftinq

Daunşiftinq (ing. downshifting) — mexaniki sürət qutusuna malik avomobilin yüksək pillədən daha aşağı pilləyə keçirilməsi, həmçinin hər hansı prosesin yavaşıdılması və ya tormozlanması) — jarqon termini, "ozün üçün həyat", "yad və özgə məqsədlərdən imtina" həyat filosofiyasını ifadə edir. Özünü daunşifterlərə aid edənlər daimi maddi kapitalın artımından , karyera imkanlarından imtina edib özü və ya ailəsi üçün həyatı seçməyə meyilli olurlar.

Klassik anlayışda daunşiftinq — "yüksək gəlir və əsəb, gərginlik" və ya "ruhi, mənəvi sakitlik, komfort və daha aşağı gəlir" arasındakı seçimdir. Adətən insanlar biznesdən və ya gərgin işdən uzaqlaşarkən öz maraqları və ailələri üçün daha çox vaxt olması məqsədini güdürlər.