Dauqava

Dauqava (latış. Daugava‎; latq. Daugova) və ya Qərbi Dvina (rus. Западная Двина; belar. Заходняя Дзвіна) — Şərqi Avropanın şimalında çay. O, Rusiya, Belorus və Latviya əraziləri ilə axır.

Dauqava
latış. Daugava‎, latq. Daugova, rus. Западная Двина, belar. Заходняя Дзвіна
Ölkələr
Mənbəyi Rusiya, Valday Təpələri
 • Yüksəkliyi 215 m
Mənsəbi Latviya, Riqa körfəzi
Uzunluğu 1 020[1]
Su sərfi 678 m³/san
Hövzəsinin sahəsi 87 900 km²
DSR[rus.] 01020000112199000000010
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eski adları — Eridan, Rudon, Bubon, Rubon, Sudon, Xesin.[2]

Maks Vasmerın Etimologiya lüğətində yazılıb ki, Dvina toponimi Ural dillərindən gələ bilməzdi və ola bilər ki, Hind-Avropa dillərində çay və ya axar mənasını daşıyan sözündən gəlib.[3]

Çayın tam uzunluğu 1020 km-dır.[1] Onlardan 325 km Rusiya, 338 km Belarus,[1] 352 km isə Latviyaya aiddir.[4] Latviyada Dauqava Riqa körfəzinə tökülməkdən əvvəl Latqale, ZemqaleVidzeme (o cümlədə Riqa şəhəri) bölgələrin ərazilərində axır.[5] Latqale bölgədəki hissəsinin ətrafında yerləşən Dauqava Döngələri (lat. Daugavas Loki) təbiət parkı 2011-ci ildən bəri Latviyanın milli UNESCO ümumdünya irsi siyahısındadır.[6]

Dauqava Latviyanın ən böyük çayıdır.[7]

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Andreapol, Zapadnaya DvinaVelij.

Ruba, Vitebsk, Beşenkoviçi, Polatsk, Navapolatsk, Dzisna, VerxnyadzvinskDruya.

Kraslava, Dauqavpils, Livani, Yekabpils, Plavinas, Aizkraukle, Yaunyelqava, Lielvarde, Kequms, Oqre, İkşkile, SalaspilsRiqa.

Hazırda çayın Belarus hissəsində 4 su elektrik stansiyası (SES) tikilir.[8] Onun Latviya hissəsində isə Plyavinyas SES, Riqa SES və Kequms SES yerləşir. Beləliklə, Dauqava Latviyanın üçün tək böyük milli enerji mənbəsidir.[9]

Sovet İttifaqı dövründə çay əkinçilik siyasəti və hidrogen enerji layihələrindən ekoloji korlanmanı yaşayıb.[10]

  1. 1 2 3 "Main Geographic Characteristics of the Republic of Belarus. Main characteristics of the largest rivers of Belarus". Land of Ancestors. Data of the Ministry of Natural Resources and Environmental Protection of the Republic of Belarus. 2011. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2013.
  2. "Кулаковский Ю., Карта Европейской Сарматии по Птолемею". 2018-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-05.
  3. Фасмер, Макс. Этимологический словарь Фасмера (Russian). səh. 161.[ölü keçid]
  4. Latvian Encyclopedia 2. Riga: Valērija Belokoņa izdevniecība. 2003. p. 137. ISBN 9984-9482-2-6.
  5. "Introducing Daugava River Valley". Lonely Planet. 22 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2016.
  6. "Daugavas Loki Nature Park". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-23.
  7. "Даугава". 2016-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.
  8. "Статья / Куда утекает Даугава? Истоки реки мелеют на глазах / Rus.lsm.lv". 2016-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-02.
  9. "Западная Двина (Даугава)". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-29.
  10. C.Michael Hogan. "Daugava River". Encyclopedia of Earth. National Council for Science and the Environment. 2012. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-15.