Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Davasko daşı — bu məfhumun varlığı məntiq və fizika qanunlarına ziddir. 300 tondan ağır olan bu daş parçası qayanın kənar ucluğunda küləyin əsməyi sayəsində yellənir. Artıq bir neçə minilliklərdir ki, bu daş bu şəkildə dayanır, sanki fövqəl birgüc onu bura bərkidib. Davasko daşı Argentinada Buenos-Ayresdən cənub-şərqdə yerləşən Tandil şəhərindədir. Davasko daşı burda çoxdan bəri dayandığına görə, artıq heç kəs onun haçan və necə peyda olduğunu xatırlamır. Artıq 200-dən çox nəsil dəyişib, amma daş hələ də dayanaraq bemolca həyatı müşahidə edir. Yerli sakinlərdə belə bir rəvayət var ki: "1000 il bundan öncə Davasko (Günəşin oğlu) özü ilə birgə onların əcdadlarını bura gətirib. O əkinçiliyi, maldarlığı və s. sənətkarlığı insanlara yiyələndirir. O qızıl qarşısında intizamı xüsusi ilə öyrədir. Axı "günəş" məhz özü elə "qızıl"dı. Öz xalqına hər bir şeyi öyrədəndən və bir müddət yaşadıqdan sonra Davasko onları tərk edir. O öz atası — Günəşin yanına gedir. Lakin o öz xalqına söz verir ki, vaxt keçəcək və o yenidən yer üzünə həmişəlik geri qayıdacaqdır. Xalq onu unutmasın deyə, Davasko daş saxlayır, hansı ki, onun dönüşünə qədər orada dayanacaqdır və heç bir şey ona qorxulu gəlməyəcəkdir — nə yandırıcı şüalar, nə külək, nə yağış, nə də zamanın özü. Daş hələ də durur. Həmçinin insanlar da Davaskonun geri gəlişini gözləyirlər". Lakin günlərin bir günü əzəmətli heykəlin sonu gəlir. 29 fevral 1912-ci ildə Davaskonun daşı sıldırımdan qoparaq aşağıya düşür. Qırılma səbəbini demək çox çətindi. Ən inandırıcı versiya — eroziyanın əsası və yaxınlıqda yerləşən şaxtada iş zamanı partlayışların olmasıdı. Bu hadisədən şəhər, həqiqətən, sarsılır. İnsanlar uzun illər dərin transda gəzirlər. Buna baxmayaraq onlar əllərini aşağı salmamaq qərarına gəlirlər. 95 il keçdikdən sonra 2007-ci il 13 may, səhər saat 07:58 radələrində Tandiliya sakinləri öz tarixi əfsanələrini bərpa edirlər. Daşın plastik nüsxəsi təpənin uc hissəsində, eyni funksiya ilə həmin yerdə quraşdırılır. Düzdü, Davaskonun asanlıqla düzəltdiyi daşı insanlar həyata keçirə bilmədilər — nüsxə əsaslı surətdə quraşdırıldı və o yüngül küləyin toxunuşundan daha yellənmir…