David Melkumyan (29 oktyabr 1980, Stepanakert) — siyasətçi, deputat.
David Melkumyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 oktyabr 1980 (44 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 1 |
Davit Melkumyan 29 oktyabr 1980-ci ildə Stepanakert şəhərində anadan olub.
2004-cü ildə İrəvan "Mesrop Maştots" Universitetinin Tarix və Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2006-cı ildə həmin universitetin hüquq fakültəsini bitirib, eyni zamanda universitetin tələbə şurasının prezidenti olub.
1998–2000-ci illərdə Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusunda müddətli həqiqi hərbi xidmətə daxil olub, artilleriya kəşfiyyatçısı olub.
2004-cü ildən Beynəlxalq Gənc Xristianlar Assosiasiyasının Artsax bölməsinin təşəbbüskarı və fəaliyyətini koordinasiya etmişdir. Qarabağın bir sıra yerlərində gənclər üçün müxtəlif tədbirlər təşkil edib.
2008-ci ildən Artsax qeyri-hökumət təşkilatlarının üzvüdür, 2010-cu ilin sentyabrından CMI (Böhran İdarəetmə Təşəbbüsü) beynəlxalq təşkilatının məsləhətçisidir.
O, Qarabağ münaqişəsinin həllinə yönəlmiş sivil proqramların koordinasiyası ilə məşğuldur.
2010-cu ildə "Rusiya Erməniləri İttifaqı" təşkilatının Artsax bölməsinin direktoru təyin edilib. 2005-ci ildə o, Artsax Demokratik Partiyasının sıralarına daxil olub.
3 may 2015-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikası Milli Məclisinə keçirilən seçkilərdə majoritar seçki sistemindən istifadə etməklə 1 saylı seçki dairəsindən deputat seçilib.[1] 2015–2020-ci illərdə məclisdə Xarici əlaqələr daimi komissiyasının sədr müavini olub.
31 mart 2020-ci il parlament seçkilərində proporsional siyahı üzrə 7-ci çağırış assambleyanın deputatı seçilmişdir.
Ailəlidir, bir oğlu var.