Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Layihəyə kömək edə bilərsiniz, məlumatları yeniləyin və şablonu çıxarın. |
David Neres Kampos (3 mart 1997-ci ildə anadan olub) — David Neres kimi də tanınan, Erediviziya təmsilçilərindən olan Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusudur.[1]
David Neres | ||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
port. David Neres | ||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||
Tam adı | David Neres Kampos | |||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||
Doğum yeri | San-Paulu, Braziliya | |||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||
Boyu | 175 sm | |||||||||||||||||||||||||||
Çəkisi | 74 kq | |||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||
Klub | Ayaks | |||||||||||||||||||||||||||
Nömrəsi | 7 | |||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Neres San-Pauluda anadan olmuşdur. Neres 2007-ci ilin sentyabr ayında 10 yaşı olarkən San-Paulu klubunun gənclər komandasına cəlb olunmuşdur.[2] 2016-cı ilin fevral ayında U-20 Libertadores Kubokundakı oyunlarda iştirak edən zaman çiynindən zədə aldı. Bu zədəyə görə o, bir ay yaşıl meydanlardan uzaq qaldı.
Neres 2016-cı ilin avqust ayında baş məşqçi Rikardo Qomeşin göstərişi əsasında əsas yığmaay təyin olunmuşdur. Neres əsas yığma ilə debütünü 17 oktyabr 2016-cı ildə Seriya A-da Fluminense klubuna qarşı oyunda etmişdir. Neves ikinci hissədə Robsonu əvəzləmişdir. Həmin görüşdə San-Paulu Fluminenseyə səfərdə 2–1 hesabı ilə qalib gəlmişdir.[3]
Neves 22 oktyabr 2016-cı ildə Ponte Preta klubu ilə görüşdə ilk qolunu vurmuşdur. Həmin görüşdə komandası evdə 2–0 hesabı ilə qalib gəlmişdir.[4] On dörd gün sonra isə o, Korintians Paulista klubu ilə əzəli görüşdə ikinci qoluna imza atmışdır. Həmin görüşdə isə komandası 4–0 hesabı ilə qalib gəlmişdir.[5]
30 yanvar 2017-ci ildə David Neres €12 milyon qarşılığında Niderland klubu olan Ayaks klubuna transfer olmuşdur.[1]
Klub | Mövsüm | Liqa | Kubok | Kontinental | Digər | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
San-Paulu | 2016 | Serie A | 8 | 3 | 0 | 0 | 0 | 0 | 3[a] | 0 | 11 | 3 |
Ayaks | 2016–17 | Erediviziya | 8 | 3 | 0 | 0 | 3[b] | 0 | 0 | 0 | 11 | 3 |
Ümumi karyera | 16 | 6 | 0 | 0 | 3 | 0 | 3 | 0 | 22 | 6 |