David Tiberi (yun.Δαυίδ Τιβέριος; 7 noyabr631 və ya 630, Konstantinopol – 641) — 641-ci ilin sonunda (yaxud 642-ci ilin əvvəlinə qədər) bir neçə ay Bizansda hakimiyyətdə olmuş üç imperatordan biri. David imperator II İrakli ilə onun həyat yoldaşı və qardaşı qızı imperatriça Martinanın oğlu idi. O, imperator və imperatriçanın Yerusəlimə səfərindən sonra anadan olmuşdur. Odur ki, onun bu adı alması imperator ailəsinin özünü BibliyadakıDavudla əlaqələndirmək cəhdi idi. Tarixçilərə görə, padşah Davudun həyatını təsvir edən Davud lövhələri gənc şahzadəyə həsr olunmuş və ya onun doğumunu qeyd etmək üçün yaradılmış ola bilər. 638-ci ildə Davidə sezar titulu verilmişdir, bu da sarayda yüksək əhəmiyyət daşıyırdı. Bu mərasimdə o, əvvəllər böyük qardaşı İraklinin geyindiyi kamilafkion papağını almışdır.
İmperator İraklı 641-ci ilin fevralında, Davidin 10 yaşı olanda vəfat etmişdir. Bundan sonra imperator ailəsinin müxtəlif qolları arasında hakimiyyət uğrunda mübarizə başlamışdır. Tərəflər nəticədə kompromisə getmiş, David qardaşı İrakli və qardaşı oğlu II Konstant ilə şərikli imperator olmuşdu. Bizans dövləti Tiberi həmimperator olduğu müddətdə ərəblərin Misirə yürüşü, həmçinin monotelitizm və digər xristoloji doktrinalarla bağlı davam edən dini çəkişmələr səbəbindən ciddi problemlərlə üzləşmişdi. Hər üç imperator azyaşlı idi və dul imperatriça Martina regent olmuşdu. Martina İrakli ilə insentual münasibəti, ənənəvi olmayan vərdişləri və ambisiyaları səbəbindən o qədər də populyar bir fiqur deyildi. Onun rejimi üsyan nəticəsində, tarixçilərin ehtimallarına görə, 642-ci ilin yanvarında devrilmişdir. O, oğulları ilə birlikdə Rodosa sürgün edilmişdir. Bizansda siyasi mutilyasiyanın ilk nümunələrindən biri kimi, üsyançılar Martinanın dilini, oğullarının isə burunlarını kəsdirmişdir. Tiberi haqqında başqa tarixi qeydlər yoxdur, bəzi tarixçilər onun və ailəsinin ömürlərinin qalan hissəsini dinc şəkildə keçirdiklərini fərz edirlər.
Bellinger, Alfred Raymond; Grierson, Philip. Catalogue of the Byzantine Coins in the Dumbarton Oaks Collection and in the Whittemore Collection: Phocas to Theodosius III, 602–717. Part 1. Phocas and Heraclius (602–641). Washington, D.C.: Dumbarton Oaks. 1992. ISBN978-0-88402-024-0.
Drijvers, Jan Willem. Heraclius and the Restitutio Crucis. Notes on Symbolism and Ideology // Reinink, Gerrit J.; Stolte, Bernard H. (redaktorlar ). The Reign of Heraclius (610–641). Crisis and Confrontation. Leuven: Peeters. 2002. 175–190. ISBN90-429-1228-6.
Garland, Lynda. Byzantine Empresses: Women and Power in Byzantium AD 527–1204. London ; New York: Routledge. 2002. ISBN978-1-134-75639-1.
Gonis, Nikolaos. "SB VI 8986 and Heraclius' Sons". Zeitschrift für Papyrologie und Epigraphik. Cologne. 166. 2008: 199–202. JSTOR20476531.
Hahn, Wolfgang. Moneta Imperii Byzantini III. Rekonstruktion des Prägeaufbaues auf synoptisch-tabellarischer Grundlage (German). Vienna, Austria: Verlag der Österreichischen Akademie der Wissenschaften. 1981. ISBN978-3-7001-0005-8.
Haldon, John. Byzantium in the Seventh Century: The Transformation of a Culture. Cambridge: Cambridge University Press. 1990. ISBN978-0-521-31917-1.
Hennessy, Cecily. Images of Children in Byzantium. London: Courtauld Institute of Art, University of London. 2001. ISBN978-0-7546-5631-9.
Humphreys, Mike. The shifting importance of dynasty in Heraclian ideology // Tougher, Shaun (redaktor). The Emperor in the Byzantine World. Papers from the Forty-Seventh Spring Symposium of Byzantine Studies. London ; New York: Taylor & Francis. 2019. 28–51. ISBN978-1-138-21868-0.
Zuckerman, Constantin. On the Title and Office of the Byzantine Basileus // Morrisson, Cecile (redaktor). Mélanges. Paris: Association des Amis du Centre D'Histoire et Civilisation de Byzance. 2010. 865–890. ISBN978-2-916716-28-2.