II Konstant

II Konstant (yun. Κώνστας Β'; 7 noyabr 630[1][2], Konstantinopol15 sentyabr 668[1], Sirakuza[3]) — 641–668-ci illərdə İraklilər sülaləsinə aid Bizans imperatoru. Ögeyanası Martina və əmisi İraklonu devirərək hakimiyyətə gəlmişdir. Çevik lakin müvəffəqiyyətsiz xarici siyasət yürütmüşdür. 654-cü ildə Konstantın donanması ərəblər tərəfindən darma-dağın edilir. 63-cü ildə İtaliyanı fəth etmək istəsə də məğlub olaraq 20 000 itki ilə geri şəkilməyə məcbur, amma Siciliyanı əlində saxlamağa müvəffəq olur.

II Konstant
yun. Κώνστας Β'
bayraq
Bizans İmperatoru
bayraq2
641 – 668
ƏvvəlkiIII Konstantin
SonrakıIV Konstantin
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (37 yaşında)
Vəfat yeri Sirakuz
Fəaliyyəti imperator
Atası III Konstantin
Anası Qriqoriya
Uşaqları IV Konstantin, İrakli, Tveriy
Ailəsi İraklilər sülaləsi
Dini Monofelitizm (xristiyan)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qafqaz siyasəti

[redaktə | mənbəni redaktə et]

Ərəblər 642 – 645-ci illərdə Atropatena tərəfdən Cənubi Qafqaza hücum etdilər və Albaniyaya soxuldular, ancaq burada möhkəmlənə bilmədilər. Ərəblərə qarşı mübarizənin ilk dövrlərində boyun əymiş Ermənistan işxanı Teodoros Rştuni ilə ittifaq bağlamışdı. Cavanşir ondan fərqli olaraq Bizansın vasallığını qəbul etməyi üstün tutmuşdu. Cavanşir Bizans imperatoru II Konstanta (641–668) göndərdiyi məktubunda yazırdı:

"Qüdrətli cənab əzəmətli və mərhəmətli yunan hökmdarı Konstant… alban knyazı və asparapeti Cavanşir özünün Şərq ölkəsi ilə təzim edərək səni itaətkarlıqla salamlayır. Ey qəlbi İsa məhəbbəti ilə döyünən hökmdar, icazə ver səndən çox-çox uzaqda olan mənim xalqın sənin yeni təbəəliyini qəbul etsin…"

Kalankatlı, II, XX

Bizans imperatoru cavab məktubunda sevinclə razı olduğunu bildirmiş və Cavanşiri "Girdman hökmdarı", "Alban knyazı", "asparapet və protopatrik" adlandırmışdı.[4] Hədiyyə və bəxşişlərdən başqa Cavanşirə 1200 adamı patrik, ipat, apoipat və digər Bizans rütbələri ilə mükafatlandırmaq üçün pativlər (vəzifə və fərmanlar) də göndərmişdi.[5]

660-cı ildə Cavanşir imperator II Konstantla iki dəfə görüşdü. Birinci dəfə Konstant Güney Azərbaycana gəlib Bizansa arxalanan knyazları öz yanına çağıranda, ikinci dəfə isə Vaqarşapat şəhərində. Kalankatlının yazdığına görə Cavanşir hər iki dəfə imperator tərəfindən böyük hörmət və ehtiramla qəbul edilmişdir:

"Cavanşir imperator sarayına şah kimi daxil oldu, imperator onu əyanların hamısından daha hörmətlə qarşıladı, imperator onun belinə cəsur babası Heraklın və ulu babası Nikitanın kəmərini bağladı, imperator ona Müqəddəs xaçın bir hissəsini, şah libası və ii bayraq təqdim etdi, imperator onun oğlanlarına patrisi rütbəsi verdi. Ona səma töhfələrinin verildiyini görəndə, erməni əyanlarının və sərkərdə Amazaspın paxıllığı tutdu… İmperator onu erməni azatlarının müşayiəti ilə qul kimi yox, taxt-tac sahibi olan qardaşı kimi yola saldı…"

Kalankatlı, II, XX

Moisey Kalankatlı kitabın fəslini bu sözlərlə qurtarır: "Konstant bütün alban hökmdarlarının kənd və torpaqlarını irsi mülk kimi Cavanşirə verdi və Şərqə əsl şah kimi nəzarət etməyi ona həvalə etdi."[5] Cavanşirə valeh olduğunu gizlətməyən Kalankatlı Albaniya və onun hökmdarının həmin dövrdə səviyyəcə Ermənistan və Gürcüstan hökmdarlarından üstün olduğunu qeyd edir. Moisey Kalankatlı Cavanşirin hakimiyyəti dövründə ölkənin sərhədlərini dəqiq göstərir:

"O, İberiya sərhədlərindən hun keçidinə və Araz çayına qədər əsl şah kimi əzəmətlə hökmdarlıq etmişdi."

Kalankatlı, II, XXI

İraklilər sülaləsinin zaman xətti

[redaktə | mənbəni redaktə et]
II YustinianIV KonstantinII KonstantII İrakliIII KonstantinI İrakli