David Usupaşvili

David Usupaşvili [1](gürcü: დავით უსუფაშვილი, Davit Usupašvili; 5 mart 1968) — 2012-2016 -cı illərdə Gürcüstan Parlamentinin sədri olmuş gürcü hüquqşünas və siyasətçidir. Respublika Partiyasının sədri vəzifəsində çalışıb. 27 İyun 2005 -ci ildən 3 Noyabr 2013-cü ilə qədər Gürcüstanın Lelo Siyasi Şurasının sədridir.

David Usupaşvili
gürc. დავით უსუფაშვილი
Gürcüstan Parlamentinin deputatı[d]
21 oktyabr 2012 – 18 noyabr 2016
Şəxsi məlumatlar
Doğum adı დავით უსუფაშვილი
Doğum tarixi 5 mart 1968(1968-03-05) (56 yaş)
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil
Dini Gürcü Ortodoks Kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sovet Gürcüstanının Magharo şəhərində anadan olan Usupaşvili 1992 -ci ildə Tbilisi Dövlət Universitetində hüquq fakültəsini bitirib və 1999 -cu ildə Duke Universitetində Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsi alıb. Gürcüstan Dövlət Şurasının hüquq məsləhətçisi olaraq o, 1993-1995-ci illərdə Gürcüstan Konstitusiyasını hazırlayıb. 1994-cü ildə insan hüquqlarının və qanunun aliliyinin təşviqinə həsr olunmuş Gürcüstan Gənc Hüquqşünaslar Dərnəyinin qurucu üzvləri arasında idi və 1994-cü ildən 1997-ci ilə qədər birinci sədr vəzifəsini icra etdi. Mixail Saakaşvilini Gürcüstan prezidentliyinə aparan 2003-cü ilin Noyabr Gül İnqilabı zamanı QHT-nin təşkil etdiyi etiraz aksiyalarında fəal iştirak etdi. Usupaşvili daha sonra Saakaşvili ilə ittifaqdan uzaqlaşaraq müxalifətə çəkildi və 2005 -ci ilin iyununda Gürcüstan Respublika Partiyasının sədri oldu və 2013 -cü ilin noyabrında Xatuna Samnidzenin yerinə keçməsinə qədər bu vəzifədə çalışdı.[2][3]

2011-ci ildə Usupaşvili çox milyarder iş adamı olan siyasətçi Bidzina İvanişvili ilə əlaqə qurdu və Respublika Partiyasının üzv olduğu İvanişvilinin "Gürcü Arzusu" koalisiyasının liderlərindən biri oldu. 2012 -ci il parlament seçkilərində koalisiyanın qələbəsindən sonra Usupaşvili 21 oktyabr 2012 -ci ildə Gürcüstan Parlamentinin sədri seçildi. Respublikaçılar Partiyası "Gürcü Arzusu" ilə əlqaəni kəsdi və 2016 -cı ilin oktyabrında keçiriləcək parlament seçkilərində iştirak etmək üçün lazım olan həddi aşa bilmədi.[4] Seçkilərdən qısa müddət sonra Usupaşvili siyasi və taktiki fikir ayrılıqlarını əsas gətirərək Respublikaçılar Partiyasından ayrıldı. 2016 -cı ilin iyun ayında Usupaşvili, 2017 -ci ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərində rəqabət aparmaq məqsədi ilə yeni mərkəzçi siyasi hərəkatın yaradıldığını elan etdi.[5]

Usupaşvili keçmiş Respublikaçılar Partiyası siyasətçisi Tinatin Xidaşeli ilə evlidir.[6]

  1. Parliament of Georgia.David Usupashvili The Speaker of the Parliament of Georgia Arxivləşdirilib 2021-08-21 at the Wayback Machine
  2. "Republican Party Elects New Chairperson". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
  3. Usupashvili David Arxivləşdirilib 2013-02-13 at Archive.todayRepublican Party of Georgia website.
  4. New Parliament Speaker Elected Arxivləşdirilib 2022-02-27 at the Wayback MachineCivil Georgia
  5. "Usupashvili Launches New Movement" Arxivləşdirilib 2022-01-11 at the Wayback MachineCivil Georgia
  6. "Georgian Opposition Cries Foul Over By-Elections". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.