Davud Hüseyn oğlu Paşayev (rus. Дави́д Гусе́йнович Паша́ев; 19.7.1940, Ostaşovo, Moskva vilayəti — 6.4.2010, Moskva) — Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru (1993–2004) və prezidenti (2004–2010), "Sevmaş" maşınqayırma zavodunun direktoru (1988–2004), Rusiya qəhrəmanı (1995)[1], Rusiya Federasiyası Dövlət mükafatının ikiqat laureatı (2000, 2006).
Davud Paşayev | |
---|---|
Дави́д Гусе́йнович Паша́ев | |
Doğum tarixi | |
Doğum yeri | Ostaşovo, Moskva vilayəti, RSFSR, SSRİ |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Dəfn yeri |
|
Vətəndaşlığı |
SSRİ Rusiya |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Ural Politexnik İnstitutu |
Fəaliyyəti | akademik[d] |
Mükafatları |
Rusiya qəhrəmanı (1995) Rusiya Federasiyası Dövlət mükafatı (2000, 2006) |
Vikianbarda əlaqəli mediafayllar |
Davud Paşayev 19 iyul 1940-cı ildə Moskva vilayətinin Ostaşovo kəndində anadan olmuşdur. Atası Hüseyn Kazım oğlu Paşayev milliyyətcə azərbaycanlı, anası Varvara Sergeyevna isə rusdur. Atası Vətənini ötən əsrin 20-ci illərinin əvvəlində tərk etmişdir. Moskva vilayətinin Ostaşevo kəndində sovxoza rəhbərlik etdiyi dövrdə onun və xanımı Varvara Sergeyevnanın oğlu olur və adını Davud qoyurlar. Ailə Böyük Vətən müharibəsinin əvvəlində Kirov vilayətinə köçür. Hüseyn Paşayev körpü inşa edir, həyətyanı təsərrüfatla məşğul olurdu.
1963-cü ildə Ural politexnik institutunu bitirmiş və SSRİ Gəmiqayırma Dövlət Komitəsinin təyinnaməsi əsasında "Şimal maşınqayırma müəssisəsi" istehsalat birliyinə (rus. ПО Северное машиностроительное предприятие) işə qəbul olunmuşdur. 1988-ci ildə həmin istehsalat birliyinin — Rusiyada ən böyük atom sualtı gəmiqayırma mərkəzinin baş direktoru təyin edilmişdir.
1993–2004-cü illərdə "Sevmaş" və digər əlaqəli istehsalat müəssisələrini birləşdirən Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru, 2004-cü ildə isə prezidenti təyin olunmuşdur.
Sankt-Peterburq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdir.
2005–2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında İctimai Palatanın üzvü olmuşdur.
6 aprel 2010-cu ildə Moskvada vəfat etmiş və Severodvinsk şəhər məzarlığında dəfn edilmişdir.